Bərdədə Bərdə abidələri uşaqların gözü ilə adlı rəsm sərgisi nümayiş olundu - + FOTO

Bərdədə “Bərdə abidələri uşaqların gözü ilə” adlı rəsm sərgisi nümayiş olundu + FOTO

28 dekabr 2016-cı il tarixində Bərdə Dövlət Rəsm Qalereyasında, Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi Bərdə Turizm İnformasiya mərkəzi ilə birgə “Bərdə abidələri uşaqların gözü ilə” adlı rəsm sərgisi nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan Rəsm Qalereyasının direktor əvəzi Səbuhi Qasımov ilk öncə sərgi iştirakçılarını salamladı. Qeyd etdi ki, Bərdənin keçmişi, tarixi abidələrinin tanıdılması və gələcək nəsillər üçün yaşadılması baxımından sərginin böyük əhəmiyyəti vardır. İlk dəfə keçirilən tarixi abidələrlə bağlı sərgi gələcəkdə də mütəmadi keçirələcəkdir. Daha sonra çıxış edən Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov Azərbaycanın turizm sahəsində son illərdə görülmüş işlərindən bəhs etdi. Çıxışında vurğuladı ki, tarixi keçmişdən yadigar qalan abidələrimizin zənginliyi turistlərin respublikamıza, həmçinin rayonumuza cəlb olunmasında ən başlıca səbəblərdən biridir. Tariximizi bütün dünyaya tanıtmaq üçün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun diqqət və qayğısı nəticəsində tarixi abidələrimiz yenidən bərpa olunaraq keçmiş görkəmlərini alırlar. Çıxışlardan sonra sərgiyə baxış keçirildi. 4 saylı uşaq incəsənət məktəbinin rəsm müəllimi Rəşad Hüseynov şagirdlərin çəkdikləri rəsmlər haqqında iştirakçılara geniş məlumat verdi. Tədbirin sonunda şagirdlər Turizm İnformasiya Mərkəzinin həvəsləndirici diplomları ilə təltif olundular. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !