Xalqımızın sevdiyi dayaq - Qənirə Paşayevanın daha bir təşəbbüsü - FOTO ( AZpress.AZ - Cəmilə Vasifqızı, Rüstəm İsmayılov )

Xalqımızın sevdiyi dayaq - Qənirə Paşayevanın daha bir təşəbbüsü FOTO ( AZpress.AZ - Cəmilə Vasifqızı, Rüstəm İsmayılov )

27.12.2016 - cı il tarixində Kitab evimdə böyük ürəyə sahib olan, qısa müddət ərzində xalqımızın sevdiyi bir şəxsiyyətə çevrilən, insanlığı,paklığı,sədaqəti daxilində hissə-hissə süzülüb gələrək hər kəsin köməyinə hər zaman özünü unudaraq hazır olan Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Qənirə Paşayeva yenə də daha bir insan həyatı xilas etmək üçün gözəl bir təşəbbüsə əl atdı. O, müəllifi olduğu neçə- neçə kitabın satışını məhz bir körpənin əməliyyatını həyata keçirtmək üçün lazım olan məbləğin çox hissəsinin yığılmasına nail oldu. Tədbirə dəvət olunan ziyalılar,dövlət adamları, millət vəkilləri,şirkət rəhbərləri, QHT sədrləri öz dəstəklərini əsirgəmədilər.Kitab evimə daxil olan hər bir oxucu Qənirə xanımın kitablarını sevə-sevə alırdı.Tədbirdə çıxış edən hər bir kəs Qənirə xanımın gördüyü bu işi alqışlayaraq ona bu işdə hər zaman dəstək olacağını bildirdi. Tədbirin sonunda hörmətli Millət Vəkilimiz Qənirə xanım dedi; " Mən bütün gücümü toplayıb bu uşağın əməliyyatının keçirilməsinə nail olacağam. Və bu balamızın əməliyyatından sonra daha bir azəri övladımızın sağalması üçün əlimdən gələni edəcəyəm". Biz də sizə gördüyünüz bu əməlisaleh işlərinizdə uğurlar arzulayaraq sizi alqışlayırıq. Hər kəs sizin kimi olsaydı yəqin ki, Azərbaycanda sağalmayan xəstəlik də qalmazdı.
Cəmilə Vasifqızı. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !