Onun ürəyinin kövrəkliyini görmək üçün onu yaxından tanımaq lazımdır - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Onun ürəyinin kövrəkliyini görmək üçün onu yaxından tanımaq lazımdır + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Hər kəs onu sadəcə millət vəkili kimi tanıyır. Mən də o hər kəsdən biri kimi , onu yalnız Azərbaycanlı xanım, jurnalist , millət vəkili kimi tanıdığımı sanırdım. Onunla təmasda olduqdan sonra onu heç tanımamışam deyə düşündüm.Məkan. İndoneziyanın Azərbaycandakı səfirinin iqamətgahı.Fərqli olan nədirmi?.Heç bir yerdə görmədiyimiz səmimiyyət , gülərüz və insanın özünü öz evindəki, kimi hiss etməsini yaradan aura.Cənab Səfir.Olduqca səmimi , gülərüz xoşxasiyyət biri.Onunla söhbətimiz əsnasında necə maraqlı insan olduğunu öyrəndim. Gözəl əl qabiliyyəti olan səfir musiqinidə sevir hətda şeir yazır.Mənim marağımı görcək özünün İndoneziya dilində olan seir kitabını mənə hədiyyə etdi.Yavaş – yavaş qonaqlar gəlməyə başlamışdı.Hamısı uzaqdan yaxından tanıdığımız ziyalılarımız idi. Hələdə xanım vəkilimizin İndoneziya libasında olmasını anlaya bilmiş deyildim.Amma hər halda düşüncəmdə yeqin bu gün İndoneziyanın nəsə bir bayramıdır deyə düşündüm.Dözmədim səfirin tərcüməçisinə yaxınlaşıb jurnalist olaraq araşdırma etməyə başladım. Məlum oldu ki, cənab səfir bayram münasibətilə İndoneziya yeməklərini bizlərə təqdim etmək istəyib və Qənirə xanımda o mətbəxə bələd bir insan kimi öz dəstəyini göstərib. İlk öncə qonaqları salamlayan Qənirə xanım hər kəsi yeni il münasibətilə təbrik etdi və hər kəsə Qarabağ sevincini yaşamağı arzuladı.Dəvətlilər arasında seçilən ziyalılar , jurnalistlər, mədəniyyət işçiləri və xalqımızın iki igidi İlham Zəkiyev və Ramil Səfərov da iştirak edirdi. Qənirə Paşayevanın hər kəsə qarşı diqqətli olması insanlara rəftarı əsl Azəbaycan xanımına xas olan münasibət idi. Hər zaman kişi kimi, mərd, hər çətinliyə sinə gərən xanımın əslində necə incə ruhlu bir xanım olduğunu bəlkə də çoxlarımız bilmirdi.Lakin orada gördüklərim məni tamam başqa şeylər düşünməyə vadar etdi.Bir insanın belə böyük ürəyini necə görməmək olar .Nəzərimdən bir şey qaçmamışdı. Körpə bir qız uşağı vardı o tədbirdə.Qənirə xanım elə hey ona qayğı göstərir və mənim prensesim deyirdi. Mən bilən qədər Qənirə xanım ailəli deyil düşündüm. Bu qız kimin qızıdı görəsən. Sonradan eşitdim ki, bu bizim aktrisamız mərhum Xanım Qafarovanın qızıdır , millət vəkili onu himayə edir. İnanın onu bildiyim an içimdən keçən sızıltı məni bu dünyaya qaytardı.Körpə ruhunu sevindirmək ona ana məhəbbəti göstərmək . Buna böyük ürək lazım idi. Məndə o ürəyi sizdə gördüm Qənirə xanım.Hər kəsə qarşı o qədər diqqətli bir xanımdır ki, bayram münasibətilə hər kəsə hədiyyələr verir , hər kəsin sevincinə şərik olurdu. Hətda media nümayəndələrini unutmayan xanım vəkil onlara da hədyyələrini təqdim etdi. Rəsmi hissə bidikdən sonra, Qənirə xanımın İndoneziya mətbəxindən yeməklər hazırlamasının şahidi də olduq. Bu qədər itedadın bir arada olması üçün yeqin ki, Allah insana şans verməlidi. Ancaq hər şeydən öndə gələn bir imanı, insanlığı, hər kəsi valeh edəcək qəlbi var Qənirə Paşayevanın. Əsl Azərbaycan xanımı, əsl millətpərvər, Əsl İnsan . Siz var olduqca İnsanlıqda ucalacaq.Davamını gözləyin. Bu son deyil Qənirə xanımı daha yaxından tanıyacaqsınız.

AZpress.AZ, Minə Türksoy. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !