ADU-da imtahan sessiyasında bəzi yeniliklər tətbiq edilib - + FOTO

ADU-da imtahan sessiyasında bəzi yeniliklər tətbiq edilib + FOTO

ADU-da 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında bəzi yeniliklər tətbiq edilib. Belə ki, universitetdə imtahan biletlərinə nömrə qoyulmur, həmçinin müvafiq otaqlar əvvəlcədən möhürlənir və tələbələr yalnız imtahana 10 dəqiqə qalmış auditoriyaya buraxılır. Mühüm yeniliklərdən biri də imtahanların Biliyin qiymətləndirilməsi və monitorinqi mərkəzi tərəfindən keçirilməsidir.
İmtahan prosesində tətbiq edilən yeniliklər yazı işlərinin yoxlanılmasını da əhatə edir. Belə ki, yazı işləri yoxlanıldıqdan sonra təkrar yoxlanılaraq təsdiqlənir və anonimliyi qorunur.
ADU-nun İctimai Nəzarət Şurasının üzvləri tərəfindən izlənilən imtahanların nəticələri ilə bağlı apellyasiya şikayətlərinə kafedra müdirlərinin iştirakı ilə aidiyyatı üzrə fakültələrdə baxılır. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarında möhürlənmiş şəffaf qutular yerləşdirilib.
Qeyd edək ki, ADU-da 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir.
Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və mail@adu.edu.az ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib, İctimai Nəzarət Şurasının bütün üzvlərinin əlaqə telefonları və elektron poçt ünvanları universitetin rəsmi Feysbuk səhifəsində yerləşdirilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !