Tanınmış skripkaçı Zəhra Quliyevanın yubiley konserti - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Tanınmış skripkaçı Zəhra Quliyevanın yubiley konserti + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

AZpress.AZ xəbər verir ki, Yanvarın 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, tanınmış skripkaçı Zəhra Quliyevanın yaradıcılıq gecəsi keçirilib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin , Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşən konsert Azərbaycan Dövlət Filarmoniyasında baş tutub.İllərlə bu sənətdə savadlı təcrubəli tələbə yetişdirən Zəhra Quliyeva bu konsertini də öz tələbələri ilə birgə reallaşdırıb.
Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Tahirqızı çıxış edərək sənətkarın həyat və yaradıcılığından , onun musiqimizin inkişafında əvəzsiz işlərindən , yetişdirdiyi tələbərin uğurlarından danışıb. Zəhra xanımın pedaqoji fəaliyyətindən bəhs edən natiq bildirib ki, o, çoxsaylı musiqi əsərləri ilə də təmsil etdiyi sənətə hər zaman şöhrət gətirib.Konsertdə çıxış edən tələbələr Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayIəti ilə çıxış ediblər.
AZpress.AZ, Minə Türksoy.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !