SÖZ Ədəbi layihəsi və YUĞ Teatrı təqdim edir - - MİKAYIL MÜŞFİQ ! + FOTO

“SÖZ” Ədəbi layihəsi və “YUĞ”Teatrı təqdim edir - MİKAYIL MÜŞFİQ ! + FOTO

27 Fevral saat 19.00. Qeydiyyat mütləqdir!


1937-ci ildə şair “Xalq düşməni” damğası ilə həbs edilir və 1938-ci il yanvarın 6-də qısaca çəkən məhkəmə iclasında haqqında çıxarılmış ölüm hökmü elə həmin gün icra olunur.


Şair Mikayıl Müşfiq (İsmayılzadə Mikayıl Əbdülqadir oğlu) 1908-ci il iyunun 5-də Bakının Xızı kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. Hələ ay yarım olarkən anasını, 6 yaşında isə atasını itirən Mikayıl bacı və qardaşları ilə birlikdə yetim qalmış, yaxın qohumlarının himayəsində böyümüşdür. . .


M.Müşfiqin tərbiyəsinə nənəsi Qızqayıt böyük tə`sir göstərmişdir. O, çoxlu nağıl, əfsanə, xalq şerləri və mahnıları, bayatı və laylaları əzbər bilirdi. M.Müşfiq ibtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almış sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və adəbiyyat fakültəsində davam etdirmişdir (1927-1931). Əmək fəaliyyətinə pedaqoq kimi başlamış gənc şair 7 il Bakının orta məktəblərində müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır).


Poetik yaradıcılığa 1926-cı ildə Gənc İşçi qəzetində çap etdirdiyi “Bir gün” şerilə başlayan gənc şair müntəzəm olaraq dövri mətbuatda çıxış edir və eyni zamanda bədii tərcümə ilə də ciddi şəkildə məşğul olur. A.S.Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birlikdə) və M.Y.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), Xəyyamın bir çox rübailərini, T.Şevçenkonun şerlərini və başqa şairlərin irsindən nümunələri tərcümə edən Mikayıl Müşfiq M.F.Axundovun A.S.Puşkinin ölümünə yazdığı məşhur “Şərq poeması”nı da azərbaycan dilinə çevirir.


M.Müşfiq həbs edilməmişdən əvvəl “Çağlayan” şerlər toplusunu tərtib edib nəşriyyata vermişdir. Buraya şair son illərdəki şe`rləri ilə birlikdə bundan əvvəl yaratmış olduğu ən yaxşı poetik əsərlərini də daxil etmişdi. “Çağlayan” bir növ onun on illik poetik fəaliyyətinin yekun kitabı olacaqdı ki, 1937-ci ildə şair “Xalq düşməni” damğası ilə həbs edilir və 1938-ci il yanvarın 6-də qısaca çəkən məhkəmə iclasında haqqında çıxarılmış ölüm hökmü elə həmin gün icra olunur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !