Professor Əfqan Abdullayev Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmudla görüşüb -

Professor Əfqan Abdullayev “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmudla görüşüb

Yanvarın 17-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmudla görüşüb. Professor Əfqan Abdullayev qonağa universitetin fəaliyyəti, təhsil sistemi haqqında ətraflı məlumat verib.
Rüfət Mahmud təmsil etdiyi fondun missiyası, fəaliyyət istiqamətləri, idarəetmə sistemi, dəyər və prinsipləri haqqında danışıb. Fondun beynəlxalq təcrübəyə əsaslanaraq fəaliyyət gostərdiyini qeyd edən Rüfət Mahmud ADU tələbələrinin də qurumun təklif etdiyi imkanlardan yararlandığını bilirib. O, tələbələrin seçilməsi, qiymətləndirilməsi və qəbulu prosesində onların ailə gəlirlərinin və akademik göstəricilərinin nəzərə alındığını söyləyib.
Görüşdə, həmçinin cari ildə fonda ADU-dan tələbələrin cəlb edilməsi, fondun nəzarət orqanı olan Himayəçilik Şurasına universitet üzrə üzv seçilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Maarifçi” Tələbə Kredit Fondu Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilib. Tələbələr üçün yaradılmış fondun əsas missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !