Rumıniyanın Azərbaycandakı səfiri ADU-da olub - + FOTO

Rumıniyanın Azərbaycandakı səfiri ADU-da olub + FOTO

Yanvarın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.
Qonağı salamlayan professor Ə. Abdullayev onu universitetdə görməkdən məmnunluğunu bildirib. Universitet haqqında danışan professor bu il ADU-nun 80 illiyinin qeyd olunacağını sözlərinə əlavə edib. O, ADU-nun tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında qonağa məlumat verib. ADU-nun nüfuzlu ali təhsil ocaqlarından biri olduğunu deyən Ə.Abdullayev burada müxtəlif dillərin tədris olunduğunu, dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini də sözlərinə əlavə edib.
ADU-nun beynəlxalq əlaqələrindən danışan professor Ə.Abdullayev universitetin bir çox ölkənin nüfuzli ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini bildirib. O, Rumıniya universitetləri ilə də əməkdaşlığın universitet üçün əhəmiyyətli olacağını qeyd edib.
ADU-da keçirilən tədbirlər haqqında məlumat verən Ə.Abdullayev hər ayın son həftəsində universitetdə “Milli adət-ənənələrimizi yaşadaq” adlı tədbirin keçirildiyini bildirib. O, məhz həmin gün tələbə və müəllimlərin universitetdə milli geyimdə gəldiklərini söyləyib.
Səmimi qəbula görə təşəkkür edən Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ADU-da olmaqdan məmnunluğunu dilə gətirib. Səfir ölkəmizdəki diplomatik fəaliyyətinə keçən il başladığını bildirib. O, Azərbaycanda diplomatik fəaliyyətə başladığı gündən dövlətlərimiz arasında ikitərəfli əlaqələri inkişaf etdirmək haqqında düşündüyünü vurğulayıb. Səfir iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacib məsələlərdən biri olduğunu qeyd edib. O, ADU tələbələrinin Rumıniya dilini və mədəniyyətini öyrənməyə maraq göstərəcəklərinə əminliyini ifadə edib. Səfir ADU-da keçirilən “Milli adət-ənənələrimizi yaşadaq” adlı tədbiri yüksək qiymətləndirib və belə bir təşəbbüsü birgə əməkdaşlıq nəticəsində də həyata keçirməyin maraqla qarşılanacağını bildirib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin təşkil olunması, universitetlərarası əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra qonaq ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə tanış olub.
Qeyd edək ki, görüşdə səfirin diplomatik müşaviri Mihaela İanku da iştirak edib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !