«Bir mətbuat konfransının tarixi» sənədli filminin təqdimatı keçirilir - + FOTO + VİDEO ( AZpress.AZ - Rüstəm İsmayılov ) ( YENİLƏNDİ )

«Bir mətbuat konfransının tarixi» sənədli filminin təqdimatı keçirilir + FOTO + VİDEO ( AZpress.AZ - Rüstəm İsmayılov ) ( YENİLƏNDİ )

Bu gün - yanvarın 19-da Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində «Bir mətbuat konfransının tarixi» adlı sənədli filmin təqdimatı keçirilir.


Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Moskvada mətbuat konfransı təşkil edərək 20 Yanvar faciəsinin təşkilatçılarına kəskin etirazını bildirmiş, hadisəyə siyasi qiymət vermişdi. Onun çıxışından sonra Moskvada yaşayan minlərlə azərbaycanlı etiraz mitinqləri keçirmişdi. Bununla yanaşı Rusiyadan SSRİ Ali Sovetinin deputatları, ictimai təşkilatların nümayəndələri Bakıya gəlmişdilər. Nəticədə 20 Yanvar faciəsi barədə əsl həqiqətlər geniş ictimaiyyətə çatdırılmış, mövcud istiqamətdəki yanlış ictimai rəy aradan qalxmışdı.


«Bir mətbuat konfransının tarixi» sənədli filmində bütün bu məqamlara nəzər salınmış, Ulu öndər Heydər Əliyevin o zamankı fəaliyyəti ətraflı təhlil edilmiş, həmçinin dövrün şahidləri olan şəxslərin fikirləri yer almışdır.


Qeyd edək ki, «Bir mətbuat konfransının tarixi» sənədli filminin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran işi «Qulp studio» tərəfindən hazırlanıb.
 

 

 

 ***

 

 


Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələrini özündə əks etdirən «Bir mətbuat konfransının tarixi» adlı qısa metrajlı sənədli filmin təqdimatı keçirildi.


Filimdə Azərbaycan xalqının keçirdiyi ağır günlər əks olunub. 1990-cı il 20 yanvar hadisəsi baş verən zaman Rusiyada yaşayan həmyerlilərimiz etiraz əlaməti olaraq Azərbaycanın Moskvada yerləşən daimi nümayəndəlində toplandılar. Həmin vaxt ora toplaşan həmyerlilərimiz o günü belə qeyd edir :
Moskva Tibb Akademiyasınınn doktorantı Cingiz Rəhimov bu haqda deyir : 19-u gecə biz nümayəndəliyə yaxınlaşdıq. Nümayəndəlikdə elə bir sakitlik vardıkı elə bil Azərbaycanda hec bir şey baş vermir.


Moskva Həkimləri Təkminləşdirmə İnistutunun doktorantı Zöhrab Şamxalov : Saat 2 olardı biz Azərbaycan nümayəndəliyinin qapısında toplaşmışdıq heç kim orada yox idi.


Görünür Azərbaycanda baş verən hadisələri adi hal kimi qəbul etmişdilər. Lakin Rusiyada yaşayan Azərbaycanlıların qəzəbi bu dəhşəti ört-bastır etdirə bilmədi. Məhz 20 yanvar hadisəsi Azərbaycanı bir xalq kimi birləşməsini mübarizə əzmini bütün dünyaya göstərdi. 20 yanvar hadisəsi Azərbaycanın haqq səsini dünyaya yaydı. Hər bir Azərbaycan vətandaşı Azərbaycanın haqq səsini dünyaya yaymağa çalışırdı.


Bu səs Azərbaycan xalqının qəzəbini aydın şəkildə göstərirdi. Həmin vaxt bir qrup tələbə aspirant birlikdə müstəqil mətbuat mərkəzi yaradıb müəyyən tədbirlərə əl atırdılar. Heç nəyə məhəl qoymadan bunu tirajlayıb minlərlə insana yaymağa çalışırdılar.


20 yanvarın səhəri daimi nümayəndəliyin qarşısında əllərində şüar olan qəzəbli Azərbaycanlılar üçün fərqli açılmışdı. Bura toplaşan Azərbaycanlılar 20 yanvar gecəsinin qəzəbini heç cür içindən ata bilmirdi. Dinc əhaliyə silah tətbiq etməyin qəzəbin hec nə silə bilməzdi. Həmin vaxt nümayəndəliyin girişində qara bayraq asılması da qara yanvarın rəmzinə çevrilmişdi.


Cingiz Rəhimov bildirir ki, həmin vaxt onlara xəbər çatır ki, Ulu Öndər Heydər Əliyev səfirliyə gəlmək istəyir. O bildirir ki, biz Heydər Əliyevə arxa qapıdan keçməsini təklif etdik. Lakin o bunu qəbul etmədi.
Xalqının bu ağrılı anlarını bütün ürəyi ilə yaşayan biri üçün bu hadisə çox təsir etmişdi. Heydər Əliyevin qapını açıb içəri girməsi orda olanlarda güc gətirdi sanki. Lakin bütün xalqa güc verən bir şəxs həmin gün kədəri gözlərindəki kövrəklikdən bilinirdi. Xalqı bütöv bir millət edən bir şəxs idi Heydər Əliyev.


Həmin vaxtı M.V.Lomonosov adına Moskva Universitetinin aspirantı Əli Həsənov belə qeyd edir:
-Heydər Əliyev həmin gün balkondan çıxıb çıxış etmək istəyirdi. Lakin buna razı ola bilmirdik.
Mətbuat konfrası zamanı Heydər Əliyevin çıxışı bütün dünyanın diqqətini Azərbaycana çəkdi.
Həmin çıxışdan bir hissəni diqqətinizə çatdırmaq istəyirəm :


-Mən baş verən hadisələr haqqında dünən xəbər tutmuşam və təbidirki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvadakiçik parçası olan daimi nümayəndəliyində böyük, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim.


Heydər Əliyevin həmin vaxt Azərbaycana gəlməsinəicazə verilmədiyindən o xalqa baş sağlığını teleqram vasitəsi ilə çatdırmağa çalışırdı. Lakin bu teleqram xalqa çatmadı.


Heç nəyə məhəl qoymayan Heydər Əliyev xalqını bu ağrılı günlərdə tək qoymadı....


Bütün bunlar filmdə öz əksini tapıb. Filmin tərcümə olunaraq digər dillərdə yayımlanmasıda nəzərdə tutulur.


Aygün Cəfərzadə

 

 

***

 


Mətbuat Şurasının təşəbbüsü ilə sənədli filmin təqdimatı keçirilib


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində «Bir mətbuat konfransının tarixi» sənədli filminin təqdimatı keçirilib. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə düzənlənmiş tədbir 20 Yanvar şəhidlərinin və ərazi bütövlüyümüz uğrunda həlak olmuş həmvətənlərimizin xatirəsinin anılması ilə başlayıb.
MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov toplantı iştirakçılarını salamlayaraq bildirib ki, hər bir xalqın tarixində müstəsna yer tutan hadisələr var. Azərbaycan xalqının taleyində belə hadisələrdən biri də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yaşandı. «Həmin vaxt keçmiş SSRİ-nin ordu hissələri Bakıya daxil olaraq 156 dinc sakini qətlə yetirdi. Faciə nəticəsində 800-dən artıq insan yaralandı. O dövrdə SSRİ dairələri haqq səsimizi boğmaq yolu tutdular. Azərbaycan televiziyasının bloku partladıldı, nəşriyyatın fəaliyyəti dayandırıldı. Beləcə ətraf aləmlə təmaslar kəsildi. Məhz belə bir çətin dövrdə xalqımızın Ümummilli lideri Heydər Əliyev 1990-cı ilin yanvarın 21-də, yəni faciədən bir gün sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasına gələrək mətbuat konfransı keçirdi, 20 Yanvar dəhşətlərinə ilk dəfə olaraq siyasi qiymət verdi. Heydər Əliyev o zamankı SSRİ rəhbərliyini kəskin şəkildə ittiham etdi. Bu, son dərəcə qətiyyətli və cəsarətli addım idi. Hesab edirəm ki, 20 Yanvar həqiqətlərindən söz düşərkən yaxın tariximizin məhz bu səhifəsinə ciddi şəkildə yanaşılması mütləqdir. Təqdimatı keçirilən sənədli film də mövcud zərurətin dəyərləndirilməsi ehtiyacından yaranıb. Filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi isə əməkdar jurnalist Mübariz Əsgərovdur», - deyən Ə.Amaşov tədbir iştirakçılarını «Bir mətbuat konfransının tarixi» sənədli filminə tamaşa etməyə çağırıb.


Tədbimat mərasimində çıxış edən MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı bildirib ki, yüksək peşəkarlıqla ərsəyə gətirilmiş ekran işinin 20 Yanvar həqiqətlərini ictimaiyyətə çatdırmaq baxımından müstəsna əhəmiyyəti var. Buna görə də o, sənədli filmin xarici dillərə tərcümə edilməsini, habelə telekanallarda nümayişini vacib sayıb.
MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev «Bir mətbuat konfransının tarixi» sənədli filmində ulu öndər Heydər Əliyevin şəxsində bir insanın yaşantısının, eyni zamanda xalqın və Azərbaycan dövlətçiliyinin taleyinin əksini tapmasını ekran işinin ən mühüm məziyyəti kimi dəyərləndirib.


Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli bildirib ki, təqdimatı keçirilən filmə tamaşa edərkən Heydər Əliyevin ümummilli lider obrazı daha dolğunluğu ilə canlanır. Çünki ancaq əsl lider elə bir çətin mərhələdə heç kəsdən və heç nədən çəkinməyərək öz sözünü deyən şəxsiyyətdir.


Sonda çıxış edən «Bir mətbuat konfransının tarixi» sənədli filminin müəllifi, əməkdar jurnalist M.Ağayev təqdimat mərasiminin təşkilinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Sənədli filmdə yer alan hadisələrin canlı şahidi də olmuş jurnalist bir sıra maraqlı məqamlardan söz açıb, xatirələrini bölüşərək bildirib ki, Ümumilli lider Heydər Əliyevin keçirdiyi məlum mətbuat konfransından sonra Moskvada yaşayan, təhsil alan soydaşlarımızda böyük ruh yüksəkliyi yarandı. Onlar ardıcıl nümayişlər və mitinqlər təşkil edərək Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında müstəsna rol oynadılar, ictimai rəyin məqsədli şəkildə yanlış məlumatlandırılmasının qarşısını aldılar.
Qeyd edək ki, «Qulb studio» tərəfindən hazırlanmış «Bir mətbuat konfransının tarixi» sənədli filmində mətbuat konfransının iştirakçısı olmuş şəxslərin, habelə 20 Yanvar faciəsi ilə bağlı Bakıya səfər etmiş keçmiş SSRİ Ali Sovetinin deputatlarının, dövrün nüfuzlu ictimai xadimlərinin fikirlərinə geniş yer verilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !