O gecə bir vəhşət gecəsi idi - + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

O gecə bir vəhşət gecəsi idi + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

O gecə cismimden bir can ayrıldı. O gecə canımdan bir can ayrıldı. Yer göyə qarışdı, göy yerə. Nə oldu ?bilmirəm ,o gecə. Anamı ağladı , atamı sarsıldı, övladmı al qana boyandı, vətənmi qara boyandı.? Azərbaycan adlı bir ananın iilərdi başına gətirilən müsibətlərin ən ağırını açdılar bu dəfə.O gecə özünü dost göstərən əllər boyadı bizi al qana. Süfrəmizin ən baş yerindƏ oturanlar kəsdilər qolumuzu. Qolsuz qaldıq, əlsiz qaldıq, ruhsuz qaldıq, başsız qaldıq o gecƏ. O gecənin qaranlığı birdən birə nura boyandı .Azərbaycan adlı böyük dünya doğuldu yenidən bəşəriyyətdə.Hər tərəfə səpildi qanımız su kimi, o qanların arasından , ana bətnindən doğulurmuş kimi doğuldu Müstəqil Azərbaycanım. İlhamın qanından , Ülvinin canından, İlqarın qolundan, Azərin belindən doğuldu o gecə Azərbaycanım. Rus ordusunun önünə əli yalın çıxaraq Azərbaycanı Azərbaycan etdilər o gecə.


Vətən dedim dilim yandı, Şəhid dedim qəlbim param parça oldu. İlahi bu zülmün bu vəhşətin içində mən hələ də sağam. Yox , Yox....... cismimdi sağ olan ruhumu güclə daşıyır.Ruhumu yox etdilər o gecə.Müstəqillik bu qədər baha oldu əli silahsız xalqım üçün , müstəqillik bu qədər şirin oldu illərdi onun bunun boyunduruğunda yaşayan xalqım üçün.Biz öldük sən yaşa deyən igidlərin məmləkəti bura. Azərbaycandı bura. Alnı açıq , üzü ağ.Vətən üçün Şəhid verən anaların yurdudur.
Biz yenə canımızdan keçərik. Təki başın sağ olsun Azərbaycan.


AZpress.AZ , Minə Türksoy.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !