Həftəsonu ADGTT-da 7 tamaşa nümayiş olunacaq... - + FOTO

Həftəsonu ADGTT-da 7 tamaşa nümayiş olunacaq... + FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu 7 tamaşa ilə tamaşaçıların görüşünə gələcək.
20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası 20 yanvar saat 15.00-da “Aytam” uşaq və gənclərin mədəni maariflənməsi İctimai Birliyi və ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri üçün nümayiş etdiriləcək.
Yanvar ayının 21-də gündüz saat 12.00 və 14.00-da uşaqlar üçün Ş.Perronun “Çəkməli pişik”, axşam saat 19.00-da İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” tamaşaları göstəriləcək.
Yanvarın 22-də gündüz saat 12.00 və 14.00-da A.Şaiqin “Tıq-tıq xanım”, axşam saat 19.00-da böyüklər üçün Ə.Haqverdiyevin “Pəri Cadu” tamaşası nümayiş etdiriləcək.
Tamaşaların biletləri mərkəzləşdirilmiş kassalardan və Asan Xidmət Mərkəzlərindən əldə etmək mümkündür.
Teatrın əlaqə telefonlarını və saytını diqqətinizinə təqdim edirik: (+994) 12 498 14 09, (+994) 12 493 65 78, www.tyuz.az.

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !