"Azadlıq aşiqləri günü - 20 Yanvar" adlı uşaq rəsm sərgisi keçirildi - + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

"Azadlıq aşiqləri günü - 20 Yanvar" adlı uşaq rəsm sərgisi keçirildi + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

19 yanvar 2016 - cı ildə Bakı Xətai Sənət Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyası, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Azadlıq aşiqləri günü - 20 Yanvar" adlı uşaq rəsm sərgisi keçirildi. Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyası, Tofiq Ismayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı və Xətai Sənət Mərkəzinin nümayəndələri çıxış edərək balaca balalarımıza 20 Yanvarın xalqımızın tarixində nə qədər önəmli olduğunu bir daha vurğulayıb, sərgidə iştirakları üçün təşəkkür edib, yaradıcılıq uğurları arzuladılar. Sonda sərgidə iştirak edənlər diplomlarla təltif olundular.

 


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !