Qarabağ adlı dərdin, dünənimizdə qalan xatirələri, bu günümüzdə çəkilən dərdi, sabahımızda olan ümidləri! - + FOTO ( AZpress.AZ - Minə Türksoy,Rüstəm İsmayılov )

Qarabağ adlı dərdin, dünənimizdə qalan xatirələri, bu günümüzdə çəkilən dərdi, sabahımızda olan ümidləri! + FOTO ( AZpress.AZ - Minə Türksoy,Rüstəm İsmayılov )

Qarabağ –ana Vətənimin qarabağlanmış örpəyi. Dərdimin ən dərin acısı, həsrətimin sona yetməyən vüsalı.Qarabağ dünyamın Şah əsəri,ruhumun təmizliyi, qəlbimin dayanmadan döyünən musiqisi. Topxanamız, Xankəndimiz,Şuşamız, Laçınımız bağışla bizi Qarabağımız .Qoruya bilmədik səni o mənfurlardan. Gücümüzmü yetmədi, qeyrətimizmi yol vermədi səni o daşnakların əlindən qoparmağa?- Hansı oyunun içində oldun səni oynadılar ,sən bu oyundan çıxa bilmədin. Qarabağım- Qarabağlı dərdim mənim , ruhumu dinləndirən , musiqilərin ən həzini, gözümü aydınladan rənglərin ən parlağı. Sən önünü qarabuludlar tutmuş günəşimsən mənim Qarabağım. Xalqımın ümumi dərdi, ümumi bəlası, ümumi acısı.Biz bu vətən üçün nə etdik görəsən ? Bu torpağın üzərinə ayaq qoymağa haqqımız varmı? Bilmirəm nə qədər haqqımızın olduğunu, amma mən bu vətənsiz heç kim olduğumu anladım.


Vətənimizn bu acı, ağır dərdini dünya ictimayətinə çatdırmaq üçün nə isə etməliyik. Əlbətdə ki, bu mövzu ağır və kədərli olsa da biz bunun dünya miqyasında işıqlandırılmasından ötrü bütün gücümüzü birlikdə sərf etməliyik. Bunun üçün də tək dövlət strukturları deyil , həmdə Qeyri Hökümət Təşkilatlarının da dəstəyinə ehtiyac duyulur.


AZpress.AZ İnformasiya Agentliyinin məlumatına əsasən bildiririk ki, 24 yanvar 2017 ci il tarixində Azərbaycan –Slavyan Gəncləri Assosiasiyası İctimai birliyi yaranmalarının 10 illik yubileyini qeyd etmişdir. Hər kəsdən fərqli olaraq Assosiasiya tam fərqli yubiley ilə hər kəsin marağına səbəb olmuşlar. Birlik yarandığı gündən hər zaman xalqın milli mənafiyini qorumaq naminə bir çox dəyərli layihələrlə gündəmə gələ bilmişlər. Azərbaycan gerçəkələrinə dünya xalqları arasında , xüsusilə də Slavyan ölkələrində təbliq etməyi qarşılarına bir başa məqsəd qoymuşlar. Hər zaman xalqımıza , gənclərimizə faydalı olmağa çalışan Azərbaycan – Slavyan Gəncləri Assosiasiyası İctimaı Birliyinin layihələrindən biri də, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə , Cənubi Qafqaz və Azərbaycanın ilk xəbər kanalı “Arb24”ün texniki dəstəyi ilə reallaşan “QARABAĞ DÜNƏN , QARABAĞ BU GÜN , QARABAĞ SABAH”layihəsidir.


Qarabağ həqiqətlərindən bəhs edən qısa metrajlı film olduqca dəyərli və unudulmuş faktlarla zənginliyi ilə seçilir. Nəzərinizə çatdırırıq ki, layihə çərçivəsində reallaşan təqdimat park Bulvarda “Tusi Bohm Planitarium” da baş tutmuşdur. Qeyd edək ki, təqdimatda bir çox dəyərli qonaqlar, dövlət məmurları, millət vəkilləri QHT və media nümayəndələri iştirak edirdilər.
Tədbiri Layihənin rəhbəri Azərbaycan –Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov İlk olaraq gələn qonaqları salamlamış , filmin çəkilməsində əməyi keçən hər kəsə xüsusilə də “Arb24” kanalının əməkdaşlarına dərin minnətdarlığını bildirmişdir.3 ay davam edən layihə çərçivəsində ərsəyə gətirdiyimiz film maraqlı sujet xətdi ilə son zamanlar çəkilən filmlərdən fərqlənir.Qarabağ tarixinin müqayisəli şəkildə təhlil olunaraq publikaya çatdırılmasında millət vəkilləri , dövlət məmurlarından xüsusi reportajlar alınaraq qısa metrajlı film halında təqdim olunmuşdur. Film həm rayonlarda həm də Slavyan ölkələrində təqdim olunmaq üçün hazırlanacaq. Qeyd edim ki, yaxın zaman içində filmi daha iki dildə rus və ingilis dilində olan versiyalarının da hazırlanması nəzərdə tutulmuşdur.


Bundan sonra Prezident Admnistrasiyası İctimai- Siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun İcraçı direktoru Fərhad Hacıyev , Cənubi Qafqaz və Azərbaycanın ilk xəbər kanalı “ Arb24” telekanalının baş direktoru , Qarabağ müharibəsi iştirakçısı siyasi icmalçı Nadir Şəfiyev, Millət vəkili Elşən Musayev və sairə kimi dəyərli qonaqlar çıxış edərək həm Qarabağ həqiqətlərinin dünyada tanınmasının vacibliyi həm də filminolduqca gənclərə o cümlədən böyük bir kütləyə faydalı olacağını vurğulamışlar.


AZpress.AZ İnformasiya Agentliyinin xəbərinə istinadən bildiririk ki, filmin təqdimatı uğurla keçmiş filmdə əsrlikdə qalan torpaqlarımız , erməni vəhşilikləri, onların köçkün şəkildə gələrək torpaqlarımızı zəbt etməsi, bu günə kimi xalqımızın başına olmazın müsibətlərin açılması aydın və izahlı şəkildə göstərilmişdir. Biz inanırıq ki, bu qısa metrajlı film nə inki gənc nəslə , həmdə məktəblərimizdə gözəl dərs vəsaiti kimi istifadə oluna bilər.


AZpress.AZ, Minə Türksoy.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !