Jurnalist olmaq istəyən gənclərə dəstək olan layihə gerçəkləşdi! - + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

Jurnalist olmaq istəyən gənclərə dəstək olan layihə gerçəkləşdi! + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

Müasir dövrü jurnalistikasız təsəvvür etmək çətindir. Jurnalistlər ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdir. Bunun üçün isə jurnalist öz sahəsini mükəmməl şəkildə bilməlidir.Jurnalistika olduqca həssas bir sahədir. Hər bir jurnalist bilməlidir ki, hazırladığı materialdan çox şey aslıdır. O, elə bir mövzu seçməlidir ki, günün tələbinə uyğun , aktual olsun. Bunun üçün də onun böyük təcrübəyə malik olması və təcrübəli peşəkarlardan məsləhət alması vacibdir. Belə olan halda həm hazırladığı material keyfiyyətli olar, həm də öz təcrübəsinə peşəkarlardan öyrəndiklərini əlavə edər.


AZpress.AZ informasiya Agentliyi bildirir ki, Jurnalistlərin, jurnalist olmaq istəyənlərin və ümumiyyətlə “öyrənmək heç vaxt gec deyil” düşününlərin nəzərinə olan layihə həyata keçirilmişdir.



Gənc jurnalistlər üçün – “İXTİSASLAŞMIŞ JURNLİSTİKA Videodərslər” layihəsi çərçivəsində 8 mövzu üzrə peşəkar çəkilişlər aparıldı və videodərslər hazırlandı. Azərbaycan Maarifçi Gənclər Təşkilatının rəhbəri Ruhiyyə Aslanova videodərslərin geniş ictimayyətə yayımlanmadan öncə keçirilən ictimai baxış zamanı bu haqda məlumat verdi.


250 nəfərə yaxın gəncin qatıldıgı təlimlər haqda danışan Ruhiyyə Aslanova Azərbaycan Maarifçi Gənclər Təşkilatının Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihənin
"Gənc Jurnalistlər üçün Jurnalistikaya giriş” layihəsinin davamı oldugunu bildirdi.


Bu dəfə gənc jurnalistlər üçün –jurnalistlər Adia Eyvazlı -jurnalist araşdırması, Mirsəməd Cəfərli -səyahət jurnalistikası, Rahib Qərib- hərbi jurnalistika, Ayaz Mirzəyev- beynəlxalq jurnalistika, Yaqut Əliyeva -dini jurnalistika, Günay Malikqızı-korporativ jurnalistika və fotomüxbir Rustəm Fərman İsmayılov öz təcrübələri ilə bölüşüblər. Hər biri 10-15 dəqiqə davam edən videodərslər zamanı jurnalistika ilə maraqlanan gənclərə jurnalistikada ixtisaslaşmanın vacibliyindən danışılıb. Jurnalistlərin iştirakı ilı keçən ictimai baxış zamanı çıxış edən qonaqlar jurnalistlərin öz təcrübələri ilə bölüşub, gənclərə səmərəli istifadə edə biləcəkləri məsləhətlər verməklə onlara əvəzsiz imkan yaradıldıgını vurguladılar. Qeyd edək ki, layihənin rəhbəri Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova, ideya müəllifi Günay Malikqızı, qurluşçu operator isə Namiq İxtiyarovdur.
Gənclərə peşəkarlardan belə dəstək əlbətdə ki, təqdirə layiqdir. Onlar beləliklə öz ixtisaslarında daha uğur qazanmaq üçün kimlərəsə müraciət etmədən video dərslər vasitəsilə çox şey əldə edə bilərlər.


AZpress.AZ, Minə Türksoy.

 


!
© Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !