ADU-da Çin Yeni ili qeyd olunub - + FOTO

ADU-da Çin Yeni ili qeyd olunub + FOTO

Yanvarın 25-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Yeni ili – Bahar bayramı qeyd olunub. Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov ADU- da Çinşünaslıq üzrə elm və tədris sahələrində aparılan işlərin uğurlu inkişafından danışıb. Ötən il universitetdə Konfutsi İnstitutunun açılış mərasiminin baş tutduğunu söyləyən R.Abbasov Çinin qlobal iqtisadi layihəsi olan “Bir kəmər və bir yol” istiqamətində elmi araşdırmaların aparıldığını, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına yönələn çoxsahəli fəaliyyətinə həsr olunmuş “İlham Əliyev-iki qədim xalqın müasir varisi (2003-2016)” adlı kitabın Çin və Azərbaycan dillərində yenidən nəşr olunduğunu sözlərinə əlavə edib. R.Abbasov, həmçinin ötən il ərzində ADU ilə Çin universitetləri arasında tələbə və müəllim mübadiləsinin genişləndiyini, Çin dili, onun tarixi, mədəniyyəti, eləcə də Azərbaycan və Çin arasında siyasi, iqtisadi əməkdaşlıq sahəsində elmi tədqiqatlar aparıldığını, seminarlar keçirildiyini vurğulayıb.

Sonra ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə tədris alan tələbələri, Konfutsi İnstitutunun tələbələri və əməkdaşları rəngarəng bədii proqramlarla çıxış ediblər. Tələbələr Çin Yeni ilinin tarixi və ənənələrindən danışıb, bayram şeirləri səsləndiriblər. ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev və Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, həmçinin Çinin Azərbaycandakı səfirliyinin əməkdaşları, ölkəmizdə təhsil alan çinli tələbələrin də iştirak etdiyi tədbirdə Çin mahnıları- “12 bürc”, “Yeni il”, “Ailə”, “Birlik”, “Yasəmən” mahnıları ifa olunub və “Şir rəqsi”, milli uyğur rəqsləri təqdim edilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !