Gənc Tamaşaçılar Teatrı Sankt - Peterburqun məşhur eksperimental teatrı Kovçeq in direktoru Olqa Luçitskayanı qəbul edib -

Gənc Tamaşaçılar Teatrı Sankt - Peterburqun məşhur eksperimental teatrı “Kovçeq”in direktoru Olqa Luçitskayanı qəbul edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Sankt - Peterburqun məşhur eksperimental teatrı “Kovçeq”in direktoru Olqa Luçitskayanı qəbul edib. Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovla görüşən O.Luçitskaya rəhbərlik etdiyi teatr, onun tarixi, səhnələşdirilən əsərlər və beynəlxalq teatr əlaqələrinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov da öz növbəsində Dövlət Gənc Tamaşaçılar Teatrının tarixi, aktyorları, hazırlanan tamaşalar, teatrın əldə etdiyi mükafatlar, xarici ölkə teatrları arasındakı yaradıcılıq münasibətləri haqqında ətraflı məlumat verərək Azərbaycan teatrının hazırda intibah dövrünün yaşamasını, ölkə rəhbərliyinin Azərbaycan teatr sənətinə yüksək diqqət və qayğı göstərməsini qonağın diqqətinə çatdırıb.

Ortaq işbirliyi haqqında fikir mübadiləsi aparan iki teatr rəhbəri gələcəkdə maraqlı bir layihənin həyata keçirməyin mümkün olduğunu qeyd ediblər.

Sankt-Peterburq teatrının rəhbəri Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarı ilə tanış olduğunu və bu ilin yaz-payız aylarında ADGTT-nın “Bir gecənin nağılı” tamaşasını Piter tamaşaçılarına təqdim edilməsi arzusunda olduğunu bildirib.

Mübariz Həmidov təklifi dəyərləndirərək, qonaq teatrın bir tamaşasının Azərbaycan tamaşaçılarına göstərilməsinin mümkün olduğunu qeyd etmişdir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !