Opera və Balet Teatrında C.Puççininin “Boqema”operasının tamaşası keçiriləcək -

Opera və Balet Teatrında C.Puççininin “Boqema”operasının tamaşası keçiriləcək

Fevralın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin “Boqema”operasının tamaşası keçiriləcəkdir.

 

Tamaşada Teatrın aparıcı solistlərindən Əməkdar artistlər Afaq Abbasova (Mimi), İnarə Babayeva (Müzetta), Xalq artisti Əli Əsgərov (Alsindor), solistlərdən Tural Ağasıyev (Şonar), Tələt Hüseynov (Kollen) çıxış edəcəklər.

 

Teatr rəhbərliyi tamaşada iki əsas partiyanı ifa etmək üçün qastrolçular dəvət etmişdir. Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromovun adı opera həvəskarlarına artıq tanışdır. Növbəti dəfə teatrımızın qonağı olacaq beloruslu vokalçı Marsel partiyasını ifa edəcəkdir. Özbəkistanın Xalq artisti, Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti Ramiz Usmanov isə tərəfimizdən ilk dəfə Bakıya dəvət olunmuşdur. Bir sıra beynəlxalq vokal müsabiqələrinin laureatı olub, dünyanın qabaqcıl teatrlarının səhnələrində çıxış edən R.Usmanovu tamaşaçılar "Boqema" operasının tamaşasında Rudolf partiyasında görə biləcəklər.

 

Tamaşanın dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərovdur.