ADGTT-da növbəti tamaşalar paradı... - + FOTO

ADGTT-da növbəti tamaşalar paradı... + FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məktəblilərin qış tətili günlərində teatrın repertuarında olan klassik Azərbaycan və Avropa dramaturqlarının əsərləri əsasında hazırlanmış tamaşaların paradı təşkil edilib.


Yanvar ayının 25-dən start götürən tamaşalar paradı yanvarın 30-dək davam edəcək. Məktəblilər və şəhərimizin qonaqları yanvarın 26-da saat 12.00, 14.00 və 16.00-da M.F.Axundzadənin “Sərgüzəşti vəziri Xani Lənkəran”, yanvarın 27-də saat 12.00, 14.00 və 16.00-da dahi dramaturqun daha bir əsəri – “Hekayəti - Xırs quldurbasan”, ayın 28-də saat 12.00, 14.00, 16.00-da Y.Şvartsın “Qırmızı papaq”, 29 yanvar tarixində H.X.Andersenin “Çirkin ördək balası” (saat 12.00, 14.00, 16.00), yanvarın 30-da isə Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” (saat 12.00, 14.00, 16.00) tamaşalarını izləmək şansı əldə edəcəklər.


“Belə layihələrin həyata keçirilməsində əsas məqsəd məktəblilərin, yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri, habelə onları klassik Azərbaycan və Avropa dramaturqlarının əsərləri əsasında hazırlanan ən yaxşı nümunələrlə tanış etməklə, dünyagörüşlərinin və estetik zövqlərinin formalaşmasına kömək etməkdir”- deyə teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov bildirib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !