Danışan kitablar mobil tətbiqetməsi yeniləndi - + FOTO

“Danışan kitablar” mobil tətbiqetməsi yeniləndi + FOTO

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən keçirilən “Danışan kitablar” adlı layihə çərçivəsində istifadəyə verilən eyni adlı mobil tətbiqetməyə bir sıra yeniliklər əlavə edilib.


Mobil tətbiqetmə artıq yeni dizaynda oxucuların istifadəsindədir. Mobil tətbiqetməyə eyni zamanda yeni player, istifadəçinin dinlədiyi yerdən davam etməsi, dinləmə vaxtı və bir sıra dəyişikliklər əlavə edilib. Həmçinin, mobil tətbiqetmədə sorğu bölməsinə daxil olaraq istifadəçilər əlavə hansı kitabların olmasını istədiklərini orada qeyd edə bilər.


Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Artıq kitablar danışır" şüarı altında keçirilən "Danışan kitablar" layihəsinin diskləri 2013-cü ildə işıq üzü görüb.

 

"Danışan kitablar" mobil tətbiq etməsini Android platformalı mobil cihazlar üçün keçid:

https://play.google.com/store/apps/details?id=talkingbooks.pro
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !