Azərbaycan Mətbuat Şurasında yubiley tədbirləri - + FOTO ( AZpress.AZ )

Azərbaycan Mətbuat Şurasında yubiley tədbirləri + FOTO ( AZpress.AZ )

Bu gün Azərbaycan Mətbuat Şurası nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış mətbuat işçilərindən Eldost Bayramın 70, Tofiq Yusifovun 60 illik yubileylərinə həsr olunmuş mərasim keçirildi. Mətbuat Şurasında keçirilən mərasimi MŞ sədri, millət vəkili Əflatun Amaşov açdı, yubilyarların həyat və yaradıcılıq yolundan danışdı. Azərbaycan mətbuatının inkişafında xidmətlərinə görə Xalq artisti Eldost Bayrama və professor Tofiq Yusifova Mətbuat Şurasının diplomları təqdim olundu, Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyələri verildi. Mərasim iştirakçılarından Məzahir Süleymanzadə, Cahangir Məmmədli,Əli Məhəmmədoğlu, Tahir Aydınoğlu, İntiqam Mehdizadə, Bəbir Hüseynov, Minayə Feyzullayeva, Şəddat Cəfərov, Mehman Fərzullayev, Giya Paçxataşvili, Dilşad, Şəmsiyyə Kərimova, Əzizə Ağahüseynqızı, Mərcan Şahbuzlu, Qəzənfər Məsimoğlu, Qiymət Məhərrəmli, Nazilə Gültac, Gülnaz Əliyeva və başqaları çıxış edərək yubilyarlarla bağlı xatirələrini danışdılar. Eldost Bayram və Tofiq Yusifov diqqət və qayğıya görə Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə minnətdarlıq etdilər, xatirə şəkilləri çəkdirdilər.


Məzahir Süleymanzadə 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !