İndoneziyanın Azərbaycandakı səfiri ADU-da olub - + FOTO

İndoneziyanın Azərbaycandakı səfiri ADU-da olub + FOTO

Fevralın 1-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan bey Fanani ilə görüşüb.
Qonağı salamlayan professor Əfqan Abdullayev onu ADU-da görməkdən məmnunluğunu bildirib. Universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında qonağa məlumat verən Əfqan Abdullayev ADU-nun nüfuzlu ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb. O, universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən söz açıb və İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. Professor Əfqan Abdullayev İndoneziya ilə əlaqələrin inkişaf etdirilməsinin təhsil sahəsindəki əməkdaşlığa da böyük töhfə verəcəyini qeyd edib. O, ADU tələbələrininİndoneziya dilini, tarixini, mədəniyyətini maraqla öyrəndiklərini deyib və onların mərkəzdə fəaliyyət göstərən zəngin kitabxanadanistifadə etdiklərini nəzərə çatdırıb.
Səmimi qəbula görə təşəkkür edən İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan bey Fanani universitetdə olmaqdan məmnun olduğunu qeyd edib. O, ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin təhsil sahəsindəki əməkdaşlığa da böyük töhfə verəcəyini bildirib. İndoneziya Araşdırmalar Mərkəzi haqqında danışan səfir mərkəzin fəaliyyətini daha da genişləndirməyin əhəmiyyətli olduğunu qeyd edib. Səfir müəllim-tələbə mübadiləsindən söz açaraq indoneziyalı tələbələrin ADU-da Azərbaycan dilini öyrənə biləcəklərindən danışıb.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, müəllim-tələbə mübadiləsi haqqında müzakirələr aparılıb.
Görüşdən sonra səfir İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !