Azərbaycan gəncliyi 20 yaşın mübarək! - + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

Azərbaycan gəncliyi 20 yaşın mübarək! + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

Hər birimizə məlumdur ki, Azərbaycanda gənclər gününün yaranması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.Hər zaman millətinin qayğısına qalan xalqı üçün çalışan lider gənclərimizə, gəncliyimizə inamla yanaşmış və onların uğurlu gələcəyinin ən bariz dəstəkçisi olmuşdur.

 

Gənclər günü — 2 fevral Azərbaycanda gənclər günü. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.

 

Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

 

Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.

 

AZpress.AZ informasiya Agentliyinin məlumatına əsasən bildirirk ki, 2 fevral Gənclər Günü Münasibətilə “Park İnn” mehmanxanasında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikası Milli Gənclər və İdman Komitəsinin birgə təşkil etdiyi tədbir keçirilmişdir.

 

Tədbirdə bir çox tanınmış simalar, millət vəkilləri, dövlət məmurları iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Haciyev Ümummilli lider Heydər Əliyevin tərəfindən əsası qoyulmuş və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasəti, Gənclər və İdman nazirliyinin yaradılması,Gənclər fondunun yaradılması və fəaliiyəti haqqında danışmışdır.Çıxışlar zamanı bildirilmişdir ki,Azərbaycan Gənclər Fondu məhz Cənab İlham Əliyevin sərəncamı ilə 19 dekabr 2011-ci tarixli , 542 saylı Fərmanı yaranmışdır. Fərhad Hacıyev qeyd etmişdir ki, bu gün ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən başlıca fəaliyyət istiqamətinə çevrilib.Möhtərəm Prezidentimiz tərəfində həyata keçirilən gənclər siyasəti , bu gün gənclərin ölkə həyatının müxtəlif sahələrində fəaliyyətini artırıb. Bu da danılmaz faktdır ki, ölkə başçısının təşəbbüsü və sərəncamı ilə yaradılmış Gənclər Fondu Azərbaycanın gələcəyi, həmçinin bu gələcəyin qarantı olan gənclər üçün açılmış tarixi səhifədir.

 

Bundan sonra tədbirdə çıxış edən millət vəkilləri, məmurlar və gənclər , dövlətçiliyimizin güclü olması, onun inkişafı və tanınması əsasən də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə catdırılmasının vacibliyindən söz açmışlar. Gəncləri təbrik edən hər bir dövlət məmuru onlara həyatlarında daha fəal, daha bilkli olmagi arzu edərək , böyük layihələrə imza atmağı arzu etmişdir.

 

AZpress.AZ Minə Türksoy.

 


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !