GoMap Qafqaz Müsəlmanları İdarəsinin saytı üçün Azərbaycan məscidlərinin axtarış xəritəsini təqdim edib -

GoMap Qafqaz Müsəlmanları İdarəsinin saytı üçün Azərbaycan məscidlərinin axtarış xəritəsini təqdim edib

Fevralın 7-də GoMap Qafqaz Müsəlmanları İdarəsinin saytı üçün Azərbaycan məscidlərinin axtarış xəritəsini təqdim edib.

 

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin təqdim etdiyi siyahı üzrə hazırlanmış axtarış xəritəsində ölkədə rəsmi qeydiyyatda olan və hazırda fəaliyyət göstərən məscidlərin dəqiq ünvanları haqda məlumat verilir.

 

İnteraktiv axtarış xəritəsini açmaq üçün QMİ-nin rəsmi internet saytının (www.qafqazislam.com) “Məscidlər” bölməsinə daxil olmaq lazımdır.

 

Xəritə vasitəsilə istənilən məscidə tərəf hərəkət edən marşrut nömrələrini, habelə yaxındakı ictimai nəqliyyat dayanacaqları haqda məlumat əldə etmək mümkündür.

 

Hazırda m.gomap.az keçidi Android və İOS əməliyyat sistemlərini dəstəkləyən smartfonlar üçün nəzərdə tutulub. GoMap.az portalından verilən xəbərə görə, yaxın bir neçə ay ərzində xəritədə Android və İOS ilə yanaşı, “Windows” əməliyyat sistemi üzərində işləyən mobil qurğuları da dəstəkləyəcək. 

 

Fotolar AZƏRTAC - ındır

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !