Sevgi şərabı operası səhnələşdirilib - + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

“ Sevgi şərabı” operası səhnələşdirilib + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

Azərbaycan Opera səhnəsində Gaetano Donisettinin “ Sevgi şərabi” operası səhnələşdirilib

 

AZpress.AZ İnformasiya Agentliyinin xəbərinə istinadən bildiririk ki, 21 yanvar 2017 ci il tarixində Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsində Gaetano Donisettinin “ Sevgi şərabı” operası səhnələşdirilmişdir.


Qeyd edək ki, tamaşanı izləməyə gələn bir çox mötəbər qonaqlar solistlərin çıxışlarını isti və emosional qarşılamış və yüksək alqışlara qərq etmişlər.


Öz parlaq çıxışı ilə Dulkamar partiyasını Mixalkov adına Sankt- Peterburq Opera teatrının aparıcı solisti , Beynəlxalq Vokalçılar müsabiqəsinin laureatı Yuriy Monçaq xüsusilə bu rol üçün dəvət almışdır.


Əlbətdə ki, səhnədə xüsusi peşəkalıq göstərən əməkdar artistlər İnarə Babayeva ( Adina),Fərid Əliyev( Nemorino), Cahangir Qurbanov (Belkore) və Səbinə Əsədova (Canetda) da çıxışları ilə hər kəsi heyran etmişlər.


Əlbətdə ki, tamaşanı idarə etmək özü də peşəkarlıq tələb edir.Beynəlxalq Drijorlar müsabiqəsinin laureatı, Milli “Humay” mükafatçısı, Prezident təqaüdçüsü Əyyub Quliyevin istər orkestrin, istərsə də orkestr və xor artislərini idarə etməsi səhnəyə daha möhtəşəm nəfəs qatırdı.


Sonda qonaq sənətçi Yuriy Monçaq öz təəsuratlarını bölüşərək belə demişdir:-“ İlk növbədə məni dəvət etdiklərinə görə teatrın rəhbəri Akif Məlikova və onun möhtəşəm komandasına dərin minnətdarlığımı bildirirəm.Sizin tamaşalarda iştirak edən həmkarlarım , hər zaman teatrınızın səviyyəsindən , ifacıların yüksək peşəkarlığından bəhs edirdilər. Mən bu gün bu səhnəni onlarla bölüşdüyüm an buna bir daha əmin oldum. Sizin gözəl solist, xor artistləriniz və drujorlarınız var. Onlarla tanışlığıma çox şad oldum. Mənim üçünbelə qostrol səfəri təşkil etdiyiniz üçün hər kəsə minnətdaram. Bir sözlə ən gözəl təəsuratlarla və yenidən səhnəni belə komanda ilə bölüşmək arzusu ilə dəvətinizi gözləyirəm”


Əlbəttə ki, belə bir yeniliyi teatrın rəhbəri etməklə böyük nailiyyət əldə edərək həm bizim Vokalçılarımızn tanınmasında, həmdə əcnəbi Vokalçılarla iki ölkə arasındakı mədəniyyət körpüsünü yaratmağa müvəffəq olmuşdur.


AZpress.AZ, Minə Türksoy.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !