Hüseyn Kərimov : - Elanlar + FOTO

Hüseyn Kərimov : Elanlar + FOTO

Sovet dönəmində köhnə əşyaları ya qapıdan alırdılar, ya da Sabunçu bazarında satırdılar. Bu bazar o vaxtlar ən böyük ticarət mərkəzi "tolkuçka" sayılırdı. Burda xalça-palaza, pal-paltara, köhnə ev əşyaları və mebelə, müxtəlif kitab və rəsmlərə, hətta əntiq əşyalara belə rast gəlmək olurdu. Bu bazara heyvan və quş çıxardanlarda olurdu. Camaat bura adətən bazar günləri axışdığından istirahət günü böyük izdiham yaşanırdı. Qəribədə olsa bazara nəsə almağa və satmağa yaxud göz gəzdirməyə çıxan insanlar müasir dildə desək bu "shoping"-dən böyük zövq alırdı. Azərbaycan müstəqillik əldə edəndən sonra bu sahədə də irəliləyişlər oldu. Ölkədə dərc olunan elan qəzetlərinin və saytlarının müxtəlif əşyaların satılmasında və xidmətlərin təklif edilməsində insanlara böyük köməyi oldu. Qeyd olunan elektron və mətbu resurslarda yerləşdirilən pulsuz elanlar yeni və işlənmiş malların alqı - satqısında, o cümlədən təklif olunan xidmətlərin tanınmasında əhəmiyyətli dərəcədə rol oynadı. Heç kəsə sirr deyil ki, bu sahəni özünə gəlir mənbəyi edənlər və yaxşı qazananlar da az deyil. Ancaq elanların müsbət cəhətləri ilə yanaşı mənfi tərəfləri də gözdən yayınmamalıdır. Birincisi elandakı cümlələr əksər hallarda azərbaycan qramatikasına və dil üslubuna uyğun gəlmir. Ikincisi elanlarda əcnəbi ifadələr tərcümə olunmadan istifadə olunur. Üçüncüsü isə elanlarda hərfi, ünvan və telenfon səhvlərinin müşahidə olunmasıdır. Qeyd olunan hallar birmənalı olaraq mətbu orqanlar tərəfindən buraxılan səhvlərin nəticəsi kimi qiymətləndirilməlidir.Çünki adi vətəndaş yerləşdirəcəyi elan haqda ətraflı məlumat verməyə borcludursa , həmin elanı ədəbi formada təqdim etmək artıq mətbu orqanın birbaşa vəzifəsidir. Yoxsa elanı elə necə gəldi oxucuya təqdim etmək qəbuledilməyən və bağışlanmayan bir xətadır. Zənnimcə Mətbuat Şurası bu məsələlərə mükəlləf olmalı və bu tip anlaşılmazlıqların qarşısını almalıdır. Əgər MŞ-nın bu sahədə mütəxəssisə ehtiyacı varsa, bu qürumla böyük məmnuniyyətlə fikir mübadiləsi aparmağa və əməkdaşlıq etməyə hazıram. Düşünürəm bu ilk növbədə cəmiyyətin xeyrinə atılmış bir addım olacaq. Etiraf edilməlidir ki, ilk dönəmlərdə elan qəzetləri və saytları təcrübənin olmaması üzündən qəbul olunan elanları dəqiq yoxlamadan dərc etdiklərindən müəyyən anlaşılmazlıqlarla qarşılaşırdılar. Belə ki, təqdim olunan bəzi elanlar məqsədyönlü olaraq hər hansı bir insana və ya ailəyə baş ağrısı və problem yaradırdı. Bu qismdən yarı ciddi, yarı zarafatla verilən elanlar insanların haqlı narazılığına səbəb olurdu. Məsələn kiməsə əzizinin vəfatı ilə bağlı başsağllğı, ailə qurmaq üçün tanışlıq və müxtəlif əmlakın satılması haqda verilən yalan və anonim xarakterli elanlar həmin şəxsləri çıxılmaz vəziyyətə salır və təbii ki, əsəb gərginliyi yaradırdı. Bu məsələdə medianı qınamamaq mümkün deyil. Çünki məqalələrdən fərqli olaraq, elanların dərc olunmasında mətbu orqanlar birbaşa məsuliyyət daşıyırlar. Hal - hazırda elan sektorunda tərəqqi və inkişaf yaşanır. Müasir dövrə uyğun olaraq elan qəzetlərinə nisbətdə saytların sayı daha çoxdur. Bu tip xidmət növü insanlara həm mobil telefon vasitəsilə yolda olduğuqları halda , həm də evlərindən çıxmayaraq şəxsi kompüterlərilə istənilən elanın tapılmasına imkan yaradır. Əlbəttə bu rəqabətdə qəzetlər uduzurlar. Çünki saytların hər dəqiqə yeni elan yerləşdirmək imkanına malik olması və sutka ərzində diqqət mərkəzində qalması onları bu üstün cəhətləri ilə fərqləndirir. Amma saytlar nə qədər müasir və operativ olsalarda, onlarla da problem yarana bilir. Birincisi, saytlarda texniki nasazlıq yarandığı halda istifadəçilər saatlarla bura girişdən məhrum olurlar. Ikincisi internetin qəfil itməsi. Və ücüncüsü elektrik enerjisinin olmaması. Düzdür sonuncu sırf personal kompüterlərə aiddir hər halda bu amil də saytların fəaliyyətinə öz təsirini göstərir. Elanların diqqət mərkəzinə çatdırılmasının ən klassik növü, necə deyərlər dədə-baba qaydası isə bir parça kağıza gözəl xətlə qeyd olunan elanı müxtəlif elan lövhələrinə, dirəklərə, binaların bloklarına və s yerlərə yapışdırmaqla müşahidə olunurdu. Bu üsul bu günədək öz aktuallığını itirmir. Bir fakt qeyd olunmalıdır ki, kücə və meydanlarda olan bu elanlar çox qramatik və ədəbi üslubda tərtib olunmuşdur. Sağ əlləri digərlərinin başına... Ümumiyyətlə bir məsələni də vurğulamaq gərəkdir ki, elanlar insanlar üçün ticari anlamdan əlavə həm də bir ünsiyyət formasıdır. Və bu əlaqə nə yaxşı ki, gələcəkdə yeni tanışlığa, dostluğa və hətta qohumluğa çevrilir. Bu da elanların təkcə maddi yox, mənəvi anlamda da böyük önəm daşıdığına bariz nümunədir. Bütün qeyd olunanları nəzərə alıb belə qənaətə gəlmək olar ki, həyatımızda müxtəlif anlar və xatirələrlə yanaşı, elanlarında özünəməxsus yeri vardır.

 

Hüseyn Kərimov 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !