ADU-da Azərbaycan və Çinin bağ-park incəsənəti mövzusunda seminar keçirilib - + FOTO

ADU-da “Azərbaycan və Çinin bağ-park incəsənəti” mövzusunda seminar keçirilib + FOTO

Fevralın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan və Çinin bağ-park incəsənəti” mövzusunda elmi seminar keçirilib. Seminarı açıq elan edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Azərbaycan və Çinin landşaft memarlığının milli və mənəvi ənənələrindən bəhs edərək son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizdə park və xiyabanların dünya standartlarına uyğun bərpa edildiyini və yenilərinin salındığını vurğulayıb.O, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə Çinə işgüzar səfəri çərçivəsində birinci xanım Mehriban Əliyevanın dövlət başçılarının xanımları ilə birlikdə qədim Çin klassik bağında – Şanxaydakı “Yuy Yuan Parkı”nda olduğunu xatırladıb.


ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları və Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Nərmin Əliyeva klassik Çin bağının elementləri və quruluş xüsusiyyətləri, Çin bağ-park incəsənətinin etik-fəlsəfi aspekti, landşaft formalarının insana təsirinin izahını verən fen-şuy təlimi barədə danışıblar.


Seminarda iştirak edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Landşaft memarlığı kafedrasının müəllimi Fərid Kərimov, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırması” şöbəsinin aparıcı elmi işçisi Sitarə Tarixazər dekorativ bağçılığın inkişaf tarixi və müasir Azərbaycan şəhərlərinin landşaft memarlığı təcrübəsinin özünəməxsusluğu barədə çıxış ediblər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !