AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında musiqili tamaşa - + FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )

AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında musiqili tamaşa + FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )

2017-ci il fevral ayının 8-də British School in Baku təşkilatçılığı ilə Odlar Yurdu Universitetində AMK tərkibində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin şagirdlərinin ifasında görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında hazırlanmış müzikl böyük uğurla göstərilmişdir. Musiqili tamaşa Tofiq Quliyevin 100 illik yubileyinə və İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin 20 illik yubileyinə həsr olunmuşdur. Tamaşanın bədii rəhbəri Tahir Eynullayevdir. Tədbirdə Beynəlxalq müsabiqələr laureatı Nihad Orucov da çıxış etmiş və onun ifası tamaşaçılar tərəfindən sürəkli alğışlarla qarşılanmışdır.

 


 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !