Minabi rəng dünyasının sirli aləmi! - + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

“Minabi” rəng dünyasının sirli aləmi! + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxredir.
Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir.Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.Təbiətinin dolğunluğu rəngarəngliyi demək olar ki, hər bir insanında öz təcəssümünü tapıb. Dünyanın bəlkə də ən istedadlı milləti ,savadlı xalqıyıq. İncəsənətə maraq isə insanlarımızın hər birində xüsusi istedad olaraq Allah tərəfindən bizə bəxş olunan mirasdır.Dünyanın harasında olursaq olaq mütləq Azərbaycan incəsənəti ,mədəniyyəti mütləq insanlarda maraq oyadacaq. İstər musiqimiz istər şeirlərimiz istərsə də rəssamlıq sənətimizin nümunələri.


Son zamanlar incəsənətə maraq bu incəsənətin inkişafında sürətli inkişaf qabarıq şəkildə özünü biruzə verir. Bu hal olduqca sevindirici haldır.. Hər rəssamın öz rəng dünyası öz rəng çaları öz yolu var. Bu yolda kimsə kimsəyə bənzəməz. Belə rəssamlarımızdan biri də Milena Nəbiyevadır.
AZpress.AZ İnformasiya Agentliyi bildirir ki, 8 fevral 2017- ci il tarixində Muzey Mərkəzində rəssam Milena Nəbiyevanın “ Minabi” adlı sərgisinin açılışı olmuşdur. Keçdiyi sənət yolu onun naxışlara olan marağından yaranmışdır. Maraqlı naxışları sanki sehirli aləm yaratmışdı əsərlərində. müxtəlif mövzulu əsərlər, şüşə qablar üzərində olan bəzəklər, rəssamın geniş maraq dairəsindən xəbər verirdi.Sərgidə bir çox tanınmış rəssamlar ,məmurlar, mətbuat katibləri, aktyorlar, səfirlər və media nümayəndələri iştifrak etmişdir. Sərgi 11 fevral 2017- ci ilə qədər davam edəcək.


AZpress.AZ, MinəTürksoy.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !