Bəstəkarlar İttifaqında Natiq Vəliyev yad edilib - + FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )

Bəstəkarlar İttifaqında Natiq Vəliyev yad edilib + FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )

Fevralın 9-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, pedaqoq, Əməkdar Müəllim Natiq Vəliyevin xatirəsinə həsr olunmuş anım-tədbiri keçirilib.


Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbiri açiq elan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək onun həyat və yaradıcılığından danışıb və qeyd edib ki, N.Vəliyev musiqi sənətinə töhfələr verməklə yanaşı, hər zaman yeni-yeni yaradıcılıq axtarışlarında olub, öz pedaqoji fəaliyyəti ilə bir sıra nailiyyətlərə imza atıb. Musiqişünasın maarifçilik və təşkilatçılıq istedadından söz açan F.Əlizadə bildirib ki, o, yenilikçi iş üslubu ilə örnək olan sənətkarlarımızdan idi: “ Rəhbərlik etdiyi 22 nömrəli musiqi məktəbində tez-tez bəstəkar və musiqişünas həmkarlarının görüşlərini təşkil edirdi. N.Vəliyevin uşaq musiqi məktəbləri üçün tərtib olunan tədris proqramlarının hazırlanmasında göstərdiyi xidmətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilib”.


Onun xatirəsinin hər zaman qəlblərdə yaşayacağını söyləyən natiq N.Vəliyevin yaradıcılıq yolunun gələcək nəsillərə örnək olacağını bildirib.


Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov, Zemfira Qafarova və Kamilə Dadaşzadə çıxış edərək unudulmaz pedaqoqun həyat və yaradıcılığından danışıblar, onunla bağlı xatirələrini bölüşüblər.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının da əsərlərinə müraciət olunub. 


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !