ADU-da Dədə Qorqud hekayələri mövzusunda seminar keçirilib - + FOTO

ADU-da “Dədə Qorqud hekayələri” mövzusunda seminar keçirilib + FOTO

Fevralın 9-da Azərbaycan Dillər Universitetində (ADU) “Turkish flagship” layihəsi çərçivəsində universitetə dəvət olunmuş Türkiyənin Hacəttəpə Universitetinin Ədəbiyyat fakültəsinin dosenti Refis Gülin Öğüt Eker “Dədə Qorqud hekayələri” mövzusunda seminar keçirib. O, “Kitabi-Dədə Qorqud” dastanından nümunələr gətirərək adət-ənənələrin insanların həyatında önəmli rol oynadığını və harada yaşamalarından asılı olmayaraq bu ənənələrin onlarla olduğunu vurğulayıb. Refis Gülin Öğüt Eker milli-mənəvi dəyərlərin genetik kodlarla gələcək nəsillərə ötürüldüyünü diqqətə çatdırıb. O, həmçinin insanların yaşadığı ölkədən asılı olaraq bir məsələyə müxtəlif cür yanaşdıqlarını və fərqli düşüncələrə sahib olduğunu bildirib.
Sonda seminar iştirakçıları mövzuyla bağlı öz fikirlərini bölüşüblər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !