ADU-nun Konfutsi İnstitutunda görüş - + FOTO

ADU-nun Konfutsi İnstitutunda görüş + FOTO

Fevralın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Shantszya” Çin konsaltinq şirkətinin nümayəndəsi Vang Jian Xing ilə təhsil sahəsində görüş keçirilib.
Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Çinin qlobal layihəsi olan “Bir kəmər bir yol” tarixi İpək yolunun dirçəlməsi üzrə tədqiqatlar aparan Konfutsi İnstitutunun tədris və ictimai təbliğatı barədə ətraflı məlumat verib. Rafiq Abbasov Çin ilə ADU arasında son illərdə tələbə və müəllim mübadiləsinin genişləndirilməsini, həmçinin ADU-nun Çinşünaslıq ixtisasının 10 tələbəsinin Çinin Şenyan Pedaqoji Universitetini uğurla bitirdiyini qeyd edib.
Vang Jian Xing Çində tələbə turizminin inkişafı ilə bağlı, o cümlədən tanınmış xarici müəssisələrdə təlim və təcrübəproqramları, dünyanın müxtəlif ölkələrində tematik mədəni proqramların və gənclər üçün təhsil turlarının keçirildiyi vurğulayıb.
Görüş zamanı, həmçinin aparıcı Çin universitetləri ilə təhsil və turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Sonda cənab Vang Jian Xingə ADU-nun Konfutsi İnstitutunun əməkdaşları tərəfindən hazırlanmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxtərəfli Azərbaycan-Çin əlaqələrinin inkişafı sahəsində fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqlar dostluğunun müasir davamçısı” adlı kitab təqdim olunub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !