Azərbaycan teatr ictimaiyyətinə ağır itki üz verib -

Azərbaycan teatr ictimaiyyətinə ağır itki üz verib

Dadaşova Kubra Məmmədağa qızı
(31.08.1957-12.02.2017)

 

Azərbaycan teatr ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Dadaşova Kubra Məmmədağa qızı uzun sürən xəstəlikdən sonra 12 fevral 2017-ci il tarixində vəfat edib.
Dadaşova Kubra Məmmədağa qızı 31 avqust fevral 1957-ci ildə Azərbaycan Teatr sənətinin görkəmli teatr xadimi, aktyor, Əməkdar Artist Məmmədağa Dadaşovun ailəsində dünyaya gəlib.
29 iyun 1985-ci idlə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayıb. Həmin ildən ömrünün sonuna qədər Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsindən bir-birindən maraqlı dramatik və komik rollar ifa edib.
Kubra Dadaşova milli səhnə mədəniyyətimizin inkişafında göstərdiyi böyük xidmətlərə, qazandığı sənət uğurlarına görə 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb
Cicixanım (“Qonşu qonşu olsa, kor qız ərə gedər”, Rəşid Bəy Əfəndiyev), Bibi (“Ruhlar qapını döyür”, Rauf İçərişəhərli), Mənzərə (“Pul dəlisi”, Əhməd Orucoğlu), Nazlı (“O da mənəm, bu da”, Dadaş Mehdi), Küpəgirən (“Mağara”, Aygün Həsənoğlu), Mürəbbiyə (“Danışan gəlincik”, Abdulla Şaiq), Xeyransa (“Nəsrəddin”, Yusif Əzimzadə), Göhər (“Məhəbbət bir bəladır”, Əhməd Orucoğlu), Qulməmməd (“Cənnətin üç alması”, Nicat Kazımov), Qəmərbanu (“Mahmud və Məryəm”, Elçin), Rəhilə (“Ah, qadınlar, qadınlar”, Marat Haqverdiyev), Ziba xala (“Ağ dəvə”, Elçin), Ana (“Ələddinin sehrli çırağı”, Ərəb xalq nağılı), Ögey ana (“Göyçək Fatma”, Azərbaycan xalq nağılları), Zümrüd (“Mən səni sevirəm”, Ə.Əmirli), Zübeydə (”Buzovna kəndinin əhvalatları”, Elçin) və digər rolları aktrisanın zəngin və əlvan yaradıcılığının ayrılmaz hissəsi olub.
Kubra Dadaşova gənc yaşlarından bir sıra televiziya tamaşaları və filmlərdə müxtəlif rollara çəkilib.
Canlandırdığı obrazların yüksək bədii dəyəri və ifa etdiyi rolu özününküləşdirmək bacarığı istedadlı aktrisanı xalqın sevimlisinə çevirib.
Heç şübhəsiz ki, Kubra Məmmədağa qızı Dadaşovanın xatirəsi onu tanıyanların qəlbində uzun müddət yaşayacaq.
Mərhumə Bakıda ailə qəbirstanlığında dəfn olunub.
Allah rəhmət eləsin!

 


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi,
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !