ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib -

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

Fevralın 14-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Sosial elmlər kafedrasının təşkilatçılığı ilə “Xocalı hadisəsi erməni vandalizminin nəticəsidir” mövzusunda dəyirmi masa keçirilib.
Sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva dəyirmi masanın hər bir azərbaycanlı üçün ağrılı bir hadisə olan Xocalı qətliamının 25-ci ildönümünə həsr olunan silsilə tədbirlər planı əsasında keçirildiyini diqqətə çatdırıb. O, bu həyəcanlı və ağrılı tarixin millətimiz üçün həm böyük insan tələfatı, həm də çoxlu sayda tarixi mədəniyyət abidələrinin məhv edilməsi ilə nəticələndiyini bildirib. Ə.Abdiyeva Xocalı soyqırımının dünya səviyyəsində tanınması və təbliğ edilməsi, düzgün qiymətləndirilməsi istiqamətində dövlətimizin kifayət qədər işlər gördüyünü, amma ikili standartlar ucbatından haqq səsimizi bəyan etməkdə bəzi çətinliklərlə üzləşdiyimizi sözlərinə əlavə edib.


Dəyirmi masanın digər iştirakçları Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən olan Xocalı qətliamının faktlara əsaslanan gerçəkliyi, törədilən insan tələfatı və vandalizmin məhz Azərbaycan dövlətçiliyinə qarşı çevrilməsi haqqında məlumat verib, həmçinin tarix boyu ermənilərin Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyi tutmasından, ayrı-ayrı dövrlərdə xalqımızın müstəqilliyə doğru inamlı addımlarla irəliləməsindən narahat olaraq beynəlxalq hüquq normalarına zidd olan müxtəlif təxribat və qırğınlar törətməsindən bəhs ediblər. Onlar Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyasının uğurlu fəaliyyəti nəticəsində artıq bir sıra dünya dövlətlərininXocalıda törədilən qırğını soyqırımı kimi qəbul etdiklərini diqqətə çatdırıblar.


Sonda çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev mövzu ilə bağlı ətraflı müzakirələrin yer aldığı dəyirmi masanı təqdirəlayiq qiymətləndirib, onun ərsəyə gəlməsində əməyi keçənSosial elmlərkafedrasına təşəkkürünü bildirib. O, həmçinin tələbələri sistemli şəkildə bu tip tədbirlərə cəlb edərək, onların milli ruhda tərbiyə olunmasına xidmət edilməsinin vacibliyini qeyd edib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !