Söz ədəbi layihəsi çərçivəsində tədbir - + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

“Söz “ ədəbi layihəsi çərçivəsində tədbir + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

Eşq aşiqi şeir edər, aslanı zəncir edər, qatı daşı mum edər!


Yunus Əmrə.

 


Ruhumun ən dərin hislərini yaşatmaq üçün bəxş edilən mirasdir şeir. Dinlədikcə , oxuduqca cismim rahatlar sanki.Sən cismimin mi pərvaz olmasına kömək olursan, ya ruhumun dinlənməsi sənin misralarından aslıdır. Aşiqə sevdiyini sevdirəndi seriyyat. Dünyanın bəhrəsidi, qəmi, sevinci, yaxşını , pisi anladan ədəbiyytadır seriyyat.


AZpress.AZ İnformasiya Agentliyinin məlumatına əsasən bildirirk ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı Yunus Əmrə İnstitutunun tərəfindən “Söz “ ədəbi layihəsi çərçivəsində 14 fevral 2014 cü il tarixində Nizami Kino mərkəzində tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanın əməkdar artistləri Pərviz Məmmədrzayev, Hüsniyyə Mürvətova , Tural Əhməd Hikmət Rəhimov,Novruz Novruzlu və Əli İhsan Çevik tərəfindən seirlər və kompazisiyalar tamaşçılara təqdim olunmuşdur.Gecədə müğənni Lalə Məmmədovanın da ifasında gözəl mahnılar dinlənilmişdir.AZpress.AZ saytı bildirir ki, gecədə bir çox ədiblər, xalq artistləri və bir çox tanınmış simalar iştirak edirdi. Gecədə Hüseyn Cavid, Nazim Hikmət, Mikayıl Müşviq, Ümid Yaşar , Kamal Abdulla Nigar Rəfibəyli , Mevlana , Yunus Əmrə və Ramiz Rövşən kimi şairlərin şeirləri ifa olunmuşdur.Nəzərinizə çtdırmaq istəyirik ki, gecədə dəyərli şairimiz Ramiz Rövşəndə iştirak edirdi. Hər zaman şeirləri xalq arasında oxunan şairin “Ayrılıq” şeri Hüsniyyə Mürvətovanın təqdimatında çox böyük alqışla qarşılanmışdı. Perviz Məmmədrzayevin isə performansı demək olar ki, hər kəsin gecədən zövq almasının təminatı idi. Bir çox uğurlu layihələrə imza atan Bakı Yunus Əmrə İnstitutun bu tədbiri də təqdirə layiq idi. Mənəvi ruh dincliyini təmin edən Yunus Əmrə kollektivi hər zaman komanda kimi maraqlı layihələrlə çıxış edir. İnstitutun rəhbəri İbrahim bəyin məmnunluğu isə simasındakı təbəssümdən bəlli idi. Sonda gələn qonaqlar xatirə şəkilləri çəkdirdilər.


AZpress.AZ, Minə Türksoy.

 


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !