ADU-da SABAH qrupları ilə bağlı görüş keçirilib -

ADU-da SABAH qrupları ilə bağlı görüş keçirilib

Fevralın 15-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə vəSABAH qruplarının Tədris işləri üzrə rəhbəri Eldar Qocayev ilə görüşüb.


Görüşdə 2016-2017-ci tədris ilinin I semestrinin yekunları, həmçininbu il ilk buraxılış olacaq SABAH qruplarının son kurs tələbələri ilə bağlı məsələlər müzakirə olunub.


Görüş zamanı SABAH qruplarında növbəti semestr ərzində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.


Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. SABAH qruplarının baza ali təhsil müəssisələrindən biri olan ADU-da SABAH resurs mərkəzi isə 2014-cü ilin sentyabr ayından fəaliyyətə başlayıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !