Arzu Rəhimov Astarada vətəndaşları qəbul edib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Arzu Rəhimov Astarada vətəndaşları qəbul edib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşlar A.Rəhimova əsasən veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar daha yaxın hərbi hissələrdə xidmət göstərmələri, qurumun müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul və digər bu kimi məsələlərlə bağlı müraciət ediblər.
Hər bir vətəndaşı diqqətlə dinləyən Xidmət rəisi müraciətlərin diqqətlə araşdırılması və qaldırılan məsələlərin mövcud qanunverciliyin tələblərinə uyğun həll olunması ilə əlaqədar tabeliyindəki müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu operativ qaydada yerindəcə həllini tapıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti orqanlara çatdırılmaqdan ötrü nəzarətə götürülüb.


Ağaddin BABAYEV, Astara
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !