Xəstə təfəkkürün simptomları - - şəkilçəkən Tahir Cəfərov

Xəstə təfəkkürün simptomları - şəkilçəkən Tahir Cəfərov

Bu yaxınlarda, televiziya kanallarından birində , "velikiy fotoqraf" Tahir Cəfərov adlı bir nəfərin Xocalı faciəsinə həsr etdiyi bir necə fotoşəkilini gördüm. Düzünü deyim , çox əsəbiləşdim, daha bu qədər də diqqətsizlik və savadsızlıq olmaz axı.
T.Cəfərovun savadsızlığı üzündən hazırladığı fotoları başa düşmək olar, amma bunu telekanala cıxaranların hansı məntiqlə hərəkət etdiklərini anlaya bilmirəm. Hələ deyirlər ki, bu fotolarla özündən razı sərgi də təşkil edibmiş.Daha heç sözüm yoxdur !
Tahir Cəfərov adlı özündən razı , özünə , "velikiy fotoqraf" ləqəbini yapışdıran, əslində isə, məişət fotoqrafı səviyyəsində belə savadı olmayan bir şəxsi mən çox yaxşı tanıyıram. Elə foto aləmində də, onu mən təsəvvür etdiyim kimi tanıyırlar. Sadəcə , onun tez-tez çıxardığı “fokuslar “a heç kəs baş qoşmaq istəmir, hərə bir bəhanə ilə uzaqlaşır , “ əşşi cığal adamdır , məndən uzaq, zəli kimi yapışsa, əl çəkən deyil “ deyənlər də olur . Haqlıdırlar, mən bu şəxslə birillik tanışlıq zamanı bir daha bunun şahidi olmuşam. Belə münasibətdən istifadə edən bu " velikiy fotoqraf " özünə meydan açıb , özünü “ Bethoven ” hesab edərək , yerli-yersiz addımlar atır, hamı da buna göz yumur.
Elə mənim də, baş qoşmaq fikrim yox idi, ta o vaxtacan ki, bu şəxs mənə və hamıya müqəddəs olan mövzuya toxunmasaydı. Bax , burada, mənim səbr kasam daşdı ... Azadlıq hərəkatının, Qarabağ müharibəsinin fotosalnaməsini yaradanlardan biri kimi, Xocalı faciəsi kimi incə mövzuya qarşı belə xəstə təxəyyüllə yanaşmasına yol verə bilməzdim və öz sözümü deməliydim.
Əvvəla, onu deyim ki, Tahir Cəfərov , heç Qarabağda olmayıb, hətta bir dəfə , özü dediyi kimi, " mən də sizinlə döyüşməyə gedirəm “ deyib, avtobusa minib, sonra yolda düşüb qacıb ki, mənim ailəm var , orda nə işim var.. (maraqlıdır, ora gedənlərin ailəsimi yox idi ki, yoxsa Cingiz Mustafayevin,Alı Mustafayevin , ya mənim ailəm yox idi...Onda maraqlıdır, Xocalı faciəsinə həsr etdiyin bu fotoları , sən Tahir harada çəkmisən ? Belə məlum olur ki , (özünün dediyi kimi) bunlari çəkmək üçün Tahir Cəfərov bir neçə il bundan əvvəl xocalıların Bakıda müvəqqəti məskunlaşdıqları yataqxanalarından birində olarkən cəkib, sonra da,təzəcə öyrəndiyi proqramda " sənətkarlıq " etməyə calişib.(Qeyd edim ki, bu proqramların yüzlercə versiyası məlumdur, və adətən hər telefonu olan, kimisə güldürmək üçün cəkib, sonra da cəkdiyini köstərərək,zarafatlaşır ) Yeri gəlmişkən : “Tahir Cəfərov, Xocalını çəkmək ücün, o qanlı - qadalı günlərdə, orda olmaq lazım idi...Cingiz Mustafayev, Əli Hun və başqaları kimi. Yoxsa indi gedən qatarın dalınca qacıb, “ mən də bu qatardaydım “ deyib, özünü tarixə “ sırımağın “ eybəcər görünmürmü...? Bu azmış kimi, özünü yeri gəldi –gəlmədi min-bir oyunla telekanallara , sərgi salonlarına “ soxuşdurmaq “la kimi aldatmaq istəyirsən…. Mən nədənsə, Qarabağ uğrunda döyüşlərdə sənə heç rast gəlməmişəm. Orada rastlaşdığım, həqiqətən, vətəni sevən bir çox video – foto muxbirlər : Cingiz Mustafayev,Əli Hun, Babək, Əli Qafarov , ANS-in operatorları və digərləri idi. İndi sən, Tahir Cəfərov , özünü onların sırasında görmək istəyirsən? Sən azında, özünü o vaxtlarda, tələbələrin şəkillərini çəkib pul qazananların sirasinda görə bilərsən. (Qeyd: sən özün deyirdin ki, o vaxt “ Zaporoje “ vin baqajı pul ilə dolu olardı )
Sonda, sən Tahir Cəfərovun, Xocalı faciəsinə həsr etdiyin “ şedevrlər “i oxuculara təqdim edirəm və yeri gəlmişkən, həmin o proqramın, plaqinləri ilə işlədiyn metodla sənin öz şəkillərini də yanaşı təqdim edirəm. Sən də BAX , ey "velikiy fotoqraf" Tahir Cəfərov... Bax, gör , xoşuna gəlirmi ? Əgər sənin xoşuna gəlmirsə, onda sənə kim icazə verib ki, faciəni görmüş o insanların hissiyatına bu cür toxunursan? ...Yox , əgər xoşuna gəlirsə, onda mənim sənə heç sözüm yoxdur, düz deyirlərmiş ,sən həkimliksən !!!

 

 

 

 

 

 

 

 

 

 

 

Bildirmək istəyirik ki, heç kimə icazə verilməyib ki, Xocalı faciəsinin dəhşətlərini görmüşlərin , həlak olmuşların ruhları qarşısında belə eksperimentlərlə özünü tarixə “ sırısın “, ilk növbədə Tahir kimilərə! Ən azından, nə qədər ki, sağıq, buna biz, o hadisələrin şahidləri kimi yol verməyəcəyik...!!!

 

S.Rasim
(Azadlıq hərəkatı və Qarabağ müharibəsi dövrünün foto-salnaməsini yaradanlardan biri )  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !