Akademik Milli Dram Teatrının truppası cənub bölgəsində qastrol səfərində olub - + FOTO (Azpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Akademik Milli Dram Teatrının truppası cənub bölgəsində qastrol səfərində olub + FOTO (Azpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Akademik Milli Dram Teatrının truppası fevralın 14-dən “Vəsiyyət” tamaşası ilə cənub bölgəsinə qastrol səfərinə gəlib. Səfərinin birinci günü yaradıcı kollektiv yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilmiş tamaşanı Lənkəran Dövlət Dram Teatrının səhnəsində sənətsevərlər qarşısında nümayiş etdirib.
Böyük maraqla izlənilən ikihissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulan səhnə əsəri var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid etməklə, tamaşaçını mənəvi kamilliyə səsləyir.
Əsas rollarda əməkdar artistlər Abbas Qəhrəmanov, Mirzə Ağabəyli, Münəvvər Əliyeva, Almaz Amanova, Sevinc Əliyeva, Kazım Həsənquliyev, Aslan Şirin, aktyorlar Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, aktrisalar Ləman İmanova, İlahə Həsənova, Fəridə Şahbazova və başqaları çıxış ediblər.
Qeyd edək ki, “Vəsiyyət” tamaşası Lənkərandan sonra bölgənin digər rayonlarında da oynanılıb.


Ağaddin BABAYEV,
Lənkəran.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !