ADU-nun dosenti beynəlxalq konqresdə iştirak edib -

ADU-nun dosenti beynəlxalq konqresdə iştirak edib

Azərbaycan Dillər Universitetinin (ADU) İkinci xarici dil kafedrasının dosenti Leyla HəmidovaGürcüstanın Tiflis şəhərində “Qadınların təhlükəsizlik uğrunda birgə mübarizəsi və regional siyasi mühitin ötürülməsi” mövzusunda keçirilən Cənubi Qafqaz qadınlarının konqresində Azərbaycanı təmsil edib.
L.Həmidova Azərbaycan qadınlarının iqtisadi, siyasi, ictimai, mənəvi və psixoloji vəziyyəti haqqında rus və ingilis dillərində məlumat verib. O, çıxışında Azərbaycan qadınlarının cəbhə bölgəsində fəaliyyəti, müxtəlif istiqamətlər üzrə göstərdikləri fəallıq və s. məsələlərdən söz açıb.
Qeyd edək ki, Kanadanın Gürcüstandakı səfirliyi tərəfindən keçirilən konqresdəAzərbaycan, Gürcüstan, Kanada, ABŞ və Ermənistandan ümumilikdə 25 nəfər nümayəndəiştirak edib. Konqresdə mövzuya dair disput olub, qadının ictimaiyyətdə, terrorizmlə mübarizədə, beynəlxalq münasibətlərdə rolu ilə bağlı mühazirələr dinlənilib. İştirakçılar təmsil etdikləri ölkələrdə qadınların mətbəxdəki işindən başlayaraq dövlət işlərindəki fəaliyyətlərinə qədər olan proses haqqında məlumat veriblər. Azərbaycanı universitetimizin dosenti Leyla Həmidova ilə yanaşı, Qərb Universiteti, həmçinin qadınların problemləri ilə məşğul olan ictimai birliklərin nümayəndələri təmsil edib.
Konqresin sonunda iştirakçılar sertifikatlarla mükafatlandırılıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !