Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qıpçaq rəqsləri baletinin premyerası olub - + FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Qıpçaq rəqsləri” baletinin premyerası olub + FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )

AZpress.AZ xəbər verir ki, “Qıpçaq rəqsləri” rus bəstəkarı Aleksandr Borodinin “Knyaz İqor” operasının ikinci hissəsinin balet fraqmentidir. Operanın librettosu Aleksandr Borodin və Vladimir Stasov tərəfindən qədim rus ədəbiyyatının abidəsi olan “İqor alayı haqqında söyləmə” əsasında yazılıb. Əsərdə Knyaz İqorun qıpçaqların üzərinə uğursuz yürüşündən bəhs edilir. Bəstəkar A.Borodin operanı yazmaq üçün Macarıstanda qıpçaq folkloru ilə tanış olub. O, əsər üzərində 18 il işləsə də, başa çatdıra bilməyib. A.Borodinin ölümündən sonra Aleksandr Qlazunov yerdə qalan eskizi tamamlayıb, Nikolay Rimski-Korsakov klavirin böyük hissəsini orkestr üçün işləyib. Nəticədə “Knyaz İqor” operasından “Qıpçaq rəqsləri” mükəmməl balet tamaşasına çevrilib və teatrların çoxunda oynanılıb.

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Qıpçaq rəqsləri” baleti Sankt-Peterburqun Mixaylovski Opera və Balet Teatrının xoreoqrafı, Rusiyanın Əməkdar Artisti Sergey Moxnaçovun quruluşunda səhnəyə qoyulub. Tamaşanın quruluşçu rəssamı Azərbaycanın Xalq Rəssamı Rafiz İsmayılov, dirijoru Xalq Artisti, professor Yalçın Adıgözəlovdur.

 

Kütləvi səhnələrlə zəngin olan tamaşada balet truppasının bütün artistləri iştirak ediblər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !