ADU-da IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan görüş keçirilib - + FOTO

ADU-da IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan görüş keçirilib + FOTO

Fevralın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının “Grassroots” proqramı çərçivəsində“Feel Closer” (“Yaxın hiss et”) layihəsi üzrə görüşkeçirilib. İdmançı səfirlərin müxtəlif ali təhsil müəssisələrinin tələbələri ilə görüşünü təşkil etmək və İslam Oyunlarının “Sülh”, “Hörmət”, “Birlik” və “Mükəmməllik” dəyərlərini təbliğ etmək məqsədi daşıyanlayihəyə əsasən ilk görüş ADU-da baş tutub.
Öncə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev iştirakçıları salamlayaraq bu günün əlamətdar bir görüşə həsr olunduğunu qeyd edib. O, bildirib ki, gündən-günə daha güclü görünən Azərbaycan dövlətinin qüdrətinə, idmanımızın imkanlarına bələd olanlar 2017-ci ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm bir tarixi hadisəyə çevriləcəyinə əmindirlər. Çünki hamı müstəqil Azərbaycan dövlətinin və onun idmanının nəyə qadir olduğunu yaxşı bilir.
Daha sonra Ə.Abdullayev İslam Oyunları haqqında danışaraqAzərbaycanın paytaxtı Bakı şəhərinin 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında oyunların ev sahibliyinə layiq görüldüyünü söyləyib və yarışlarda iştirak edəcək idmançılarımıza uğurlar arzulayıb.
Bakı 2017“Grassroots” proqramı və daxili əlaqələr üzrə menecer Ülviyyə ƏkbərovaIV İslam Həmrəyliyi Oyunları haqqında ümumi məlumat verərək onun islam dünyasını birləşdirən maraqlı multi-idman tədbiri olduğunu qeyd edib. Daha sonra o, İslam Oyunları çərçivəsində həyata keçirilən “Grassroots”proqramının idmanın kütləviliyini artırmaq, oyunların dəyərini əyani nümayiş etdirmək üçün imkan olduğunu, ADU-da baş tutan görüşün isə gəncləri idmana cəlb etmək, eyni zamanda tələbələri sevimli idmançıları ilə görüşdürmək vəBakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının təbliğat işini geniş şəkildə aparmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
Tədbirdə iştirak edən idmançı səfirlər-paracüdoçu İlham Zəkiyev, taekvandoçu Fəridə Əzizova, boksçu Kamran Şahsuvarlı və cüdoçu Elmar Qasımovİslam Oyunlarının “Sülh”, “Hörmət”, “Birlik” və “Mükəmməllik” dəyərləri haqqında məlumat veriblər.
Görüşdə, həmçininIV İslam Həmrəyliyi Oyunlarına və idmançı səfirlərin nailiyyətlərinə həsr edilən videoçarxlar təqdim edilib, tələbələrin sualları cavablandırılıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !