Akademik Milli Dram Teatrında Lütfü Məmmədbəyovun xatirə tədbiri keçiriləcək -

Akademik Milli Dram Teatrında Lütfü Məmmədbəyovun xatirə tədbiri keçiriləcək

Fevralın 23-də saat 15:00-da Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, xalq artisti Lütfü Məmmədbəyovun 90 illi yubileyinə həsr olunan xatirə tədbiri keçiriləcək. Teatrın mətbua xidmətindən verilən məlumata görə, tədbir Mədəniyyət və Turiz Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Mill Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə
baş tutacaq.

 

Xatirə tədbirində L. Məmmədbəyovun Azərbaycan teatrının və kinosunu inkişafındakı xidmətlərindən danışılacaq, sənət dostları Hac İsmayılov, Əminə Yusifqızı, Məleykə Əsədova, İlham Namiq Kamal, Məhərrəm Bədirzadə onunla bağlı xatirələrini bölüşəcəklər.

 

Xalq artisti Mərahim Fərzəlibəyovun rejissorluğu ilə baş tutacaq anım mərasiminin ssenari müəllifi Çingiz Ələsgərli, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

 

Qeyd edək ki, Azərbaycan kinosunun və teatrının inkişafında böyük xidmətləri olan Lütfü Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1961-1966) təhsil alıb.

 

O, 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub.

 

Lütfü Məmmədbəyov 1 fevral 2004-cü ildə vəfat edib 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !