ADU-da " Ənənəvi Çin mebeli " mövzusunda seminar keçirilib - + FOTO

ADU-da " Ənənəvi Çin mebeli " mövzusunda seminar keçirilib + FOTO

Fevralın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Ənənəvi Çin mebelinin bədii xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib. ADU-nun Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Çində mebel ənənəsinin xüsusiyyətləri haqqında danışaraq, mebelin Çin interyeri sistemindəki rolunu xüsusi vurğulayıb.
Sonra ADU-nunnəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları Çin mebelinin əsas bədii, konstruktiv xüsusiyyətləri və formaları, ayrı-ayrı mebel detallarının simvolik mənaları, həmçinin dekor elementləri haqqında danışıblar.
Seminarda iştirak edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn kafedrasının dosenti Nərgiz Ağayeva, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ-tətbiqi incəsənət kafedrasının müəllimi Vüqar Əliyev və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn kafedrasının tələbəsiSeyidağaKərimovçıxış edərək unikal rəng qamması və müvafiq dekoru ilə fərqlənən milli Azərbaycan koloriti ilə zəngin müasir interyerlər, interyerin mebel təchizatı prinsipləri və Azərbaycanda mebel istehsalının ənənələri haqqında danışıblar.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !