Ermənilər haqqin.az saytının bənzərini yaratdı-DÜŞMƏN TƏBLİĞATI - + FOTO

Ermənilər haqqin.az saytının bənzərini yaratdı-DÜŞMƏN TƏBLİĞATI + FOTO

...Ermənistan şokdadır... Bir tərəfdən aclıq və səfalətdən ölkəni tərk edən məzlum ermənilərin ah-vayı, digər tərəfdən 4 aprel, Lapşin dərsinin ağrı-acısı... Düşmən ölkə Azərbaycanın bircə həmləli hərbi əməliyyatında düşdüyü uğursuzluğunun və Azərabaycan Prezidenti İlham Əliyevin beynəlxalq arenada uğurlu siyasəti ilə dünyaya Qarabağ həqiqətlərini olduğu kimi çatdırmasının şokundan ayıla bilmədikcə yeni hiylələrə əl atır. Düşmən Ermənistan ordumuzun təkcə 2 günlük qaynar döyüş əməliyyatı meydanında yaxşı bir yağlı qapaz yedikdən sonra, indi də keçib “soyuq müharibə”yə. Milli azlıqlardan Azərbaycan əleyhinə əks-təbliğat kimi istifadə etməyi faş olduğundan saxta təbliğat maşınını işə salaraq indi də Azərbaycanın nüfuzlu rusdilli saytlarının oxşarını yaradaraq sosial şəbəkə istifadəçilərini çaşdırmağa başlayıb. “Təzadlar”ın araşdırması ermənilərin daha belə bir hiyləsinin üstünü açdı. Belə ki, ermənilər bizim tanınmış rusdilli haqqın.az saytının oxşarı olan haqqinaz.com adlı sayt yaradıblar. Bütün informasiyalar Azərbaycan əleyhinədir. Məsələn, bu qondarma erməni saytı son yayımında ordumuzun igid zabiti Ramil Səfərovun əleyhinə, Xocalı soyqırımının təhrifli mahiyyətinə dair yazılar verib, Ermənistandan sığınacaq istəmiş (bu da təkzib olunur, erməni yalanı olduğu üzə çıxır) və milliyyətcə talış olan Şahin Mirzəyev adlı birini milli qəhrəman kimi təqdim edir... Nəhayət, bu qondarma sayt ermənilərin sevimli yazıçısı Əkrəm Əylislinin “Daş yuxuları” kitabını sevə-sevə yayımlayıb həvəslə təbliğ edir...


Bir sözlə, düşmən ölkənin daha bir saxtalığı üzə çıxdı. Yəqinki Azərbaycanın tanınmış haqqin.az saytının rəhbərliyi bu məsələyə dair alternativ addımını atacaq.
Asif Mərzili


Təzadlar 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !