XOCALI SOYQIRIMININ 25-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR LƏNKƏRANDA ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLİB - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

XOCALI SOYQIRIMININ 25-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR LƏNKƏRANDA ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLİB + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

 Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Lənkəranda ümumrayon anım mərasimi keçirilib.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların, icra nümayəndəliklərinin, bələdiyyələrin, mədəniyyət, təhsil və səhiyyə müəssisələrinin kollektivləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə şəhərin mərkəzində Azərbaycanlıların Soyqırımı qurbanlarının Xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gələrək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
İcra başçısı Taleh Qaraşov abidə-kompleksin önünə təzə-tər gül dəstəsi qoyaraq, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq təzim edib.
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə tələbə-gənclərin ifasında Xocalı soyqırımım dəhşətlərindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Daha sonra ümumxalq ziyarəti başlayıb.
Anım mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada yeniyetmə rəssamların Xocalı soyqırımı mövzusunda çəkdikləri rəsm sərgisinə baxış olub, həmçinin Xocalının müdafiəsi zamanı şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanlarının döyüş yolundan bəhs edən sənədli film göstərilib.
Qeyd edək ki, Xocalı soyqırımı ilə əlaqədar Lənkəran Dövlət Universitetində, rayonun orta ixtisas və ümumtəhsil məktəblərində, idarə və təşkilatlarda, mədəniyyət ocaqlarında anım mərasimləri, xatirə gecələri keçirilib, Lənkəran Dövlət Dram Teatrında “Xocalı harayı” adlı ədəbii-bədii kompozisiya nümayiş etdirilib.



Ağaddin BABAYEV,
Lənkəran.

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )