Xocalı faciəsi ilə əlaqədar Astarada anım tədbiri keçirilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Xocalı faciəsi ilə əlaqədar Astarada anım tədbiri keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Astarada ümumrayon tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri şəhidlərin xatirə kompleksinin önünə tər qərənfillər düzərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblərr. İştirakçılar şəhidlərin xatirə kompleksinin önündə təşkil edilmiş Xocalı soyqırımından bəhs edən foto-sərgiyə baxış keçirməklə, həmçinin ədəbi-bədi kompozisiyanı izləyiblər.
Rayon İcra hakimiyyətinin məsul işçisi, “Xocalım ağrım mənim” kitabının müəllifi Mərasim Hacızadə Xocalı faciəsi barədə iştirakçılara məlumat verərək qeyd edib ki, XX əsrin ən ağır müsibətlərindən biri olan Xocalı faciəsi bəşər tarixində analoqu olmayan qanlı soyqırımı, Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı bir kədər, dərin bir üzüntüdür.
Natiq 25 il öncə, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə tarixdə ən böyük faciələrdən biri olan Xocalı soyqırımının baş verdiyi qanlı gecədə azğınlaşmış ermənilərin keçmiş SSRİ-yə məxsus və o dövrdə Xankəndində yerləşən, tərkibi erməni zabitlərindən və əsgərlərindən ibarət olan 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə 11 istiqamətdən güclü hücum etdiyini və dəhşətli terror aktı törətdiyini qeyd edən natiq, cəmi 5 saat ərzində qədim Xocalının yer üzündən silindiyini, əhalisinin dəhşətli soyqırımına məruz qaldığını vurğulayıb. Qeyd olunub ki, həmin qanlı gecədə Xocalının yatmış sakinlərinə amansız divan tutularaq 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 487 nəfər ömürlük şikəst olub, 6 ailə bütövlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 135 uşaq valideynlərindən birini itirib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu uğurla davam etdirir. Məhz fondun gərgin əməyi nəticəsində indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra ölkələrdə Heydər Əliyev fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kompaniyasının məqsədi dünya ictimaiyyətini Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq, qətliama hüquqi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.
Anım mərasimində səslənən çıxışlarda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlərin getdikcə geniş miqyas alması və Azərbaycanın gündən-günə beynəlxalq miqyasda artan nüfuzu sayəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı və Azərbaycanın işğal altında olan bütün torpaqlarının geri alınacağı günün uzaqda olmadığı dönə-dönə qeyd olunub.


Ağaddin BABAYEV,
Astara.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !