Xocalı soyqırımından 25 il ötdü... - + FOTO ( AZpress.AZ - Nail Əhmədov )

Xocalı soyqırımından 25 il ötdü... + FOTO ( AZpress.AZ - Nail Əhmədov )

Xalqımızın böyük faciələrindən biri olan Xocalı soyqırımından 25 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşən, zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edib, sakinlərə amansızlıqla divan tutub, onları vəhşicəsinə, ağlasığmaz işgəncələrlə qətlə yetiriblər...

 

Erməni təcavüzkarlarının xalqımıza qarşı törətdiyi bu növbəti kütləvi qırğın – Xocalı faciəsi 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst oldu. 8 ailənin bütün üzvləri öldürüldü. 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi.

 

Bir çox milli faciələrimiz kimi Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün oldu. 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Milli Məclis 26 fevral - “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanır. Böyük öndərin 25 fevral 1997-ci il tarixli Sərəncamına əsasən hər il fevralın 26-sı saat 17-00-də Azərbaycan ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. 1996-cı ilin 24 fevralında xocalılarla görüşən Heydər Əliyev faciənin xalqımızın tarixində xüsusi rolu olduğunu bildirib...

 

Prezident İlham Əliyevin bugünkü fəaliyyəti Heydər Əliyev amallarına xidmətin nümunəsidir. Dövlətimizin başçısı Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının təfərrüatlarının dünya ictimaiyyətinə çatdırılması üçün böyük qətiyyətlə çalışır...

 

Bakıda, Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb, bu abidə Prezident İlham Əliyevin qayğısı ilə yenidən qurulub. Dövlətimizin başçısı hər il fevralın 26-da dövlət və hökumət nümayəndələri ilə birgə həmin abidənin önünə gəlir, soyqırım qurbanlarının xatirəsini yad edir...’

 


 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !