Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - + FOTO + VİDEO

Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib + FOTO + VİDEO

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində “Xocalısız 25 il!” adlı növbəti tədbirini 25 fevral 2017-ci il tarixində Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Kəlbəcər rayonunun 126 saylı orta məktəbində keçirdi. Tədbirdə Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilib.


Tədbiri İctimai Birliyin sədr müavini Həbib Misirov açaraq bildirib ki, “Aşıq Şəmşir” mədəniyyət ocağı ictmai birliyi mütəmadi olar Xocalı soyqırımı haqqında silsiləli tədbirlər təşkil edir. Bu il ictimai birlik tərəfindən ona yaxın tədbir təşkil edilibdir. "26 fevral Xocalı faciəsində baş vermiş hadisələr qan yaddaşımızdır. Bu tarixi unutmamaq mənəvi borcumuzdur. Ermənilər təsadüfi düşmən deyil. Onlar illərin apardığı siyasətin nəticəsində Xocalı faciəsini törətdilər. Ermənilərin yalançı tarixi var. Onlar bizim mədəniyyəti mənimsəyib, dünyaya özlərininki kimi təqdim edirlər. Hazırda Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın yürütdüyü müstəqil siyasət nəticəsində bütün təxribatların qarşısı uğurla alınır. Ermənilərin Xocalıda bu faciəni törətməkdə əsas məqsədi Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli məntəqəni zəbt etmək, amansız işgəncə metodları ilə Azərbaycan xalqının gözünü qorxutmaq, mübarizə əzmini qırmaq və bu yolla Azərbaycanın digər torpaqlarını da işğal etmək idisə, digər tərəfdən bu ərazilərin Azərbaycan türklərinə məxsus olduğunu sübut edən qədim abidələri tarixdən birdəfəlik silmək idi. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının tanıdılması, erməni millətçiliyinin beynəlxalq miqyasda ifşası sahəsində sistemli iş aparılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyası çərçivəsində vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və xaricdə yaşayan azərbaycanlılar ardıcıl və səmərəli fəaliyyət göstərirlər. Hər il soyqırımı günü dünyanın müxtəlif ölkələrində Xocalı qurbanlarının xatirəsi anılır, tədbirlər keçirilir, erməni vəhşiliklərini əks etdirən materiallar nümayiş etdirilir.


126 saylı Kəlbəcər rayon orta məktəbinin direktoru Sevda Bayramova qeyd edib ki, tarix boyu ermənilər Azərbaycan xalqına qarşı soyqırım aktı həyata keçiriblər. 1992-ci ilin 25 – 26 fevral tarixində Xocalıda baş vermiş soyqırımı hadisəsi də bu qəbildəndir. Erməni terrorçuları xalqımıza qarşı amansız qətliam etməkdən çəkinmir, dünya ictimaiyyətinin gözünün içinə baxa-baxa bu əməllərini icra ediblər. Lakin, Azərbaycan dövləti güclü dövlətdir. Son illərdə Xocalı faciəsinə düzgün qiymət verilməsi istiqamətində dünya dövlətləri arasında və beynəlxalq təşkilatlarda böyük işlər görülüb.


Tədbirdə tələbələrin ifasında soyqırımına həsr olunmuş bədii kompozisiya səsləndirilib, ermənilərin azərbaycanlılara qarşı tördətdikləri terror hadisələrinə həsr olunmuş təqdimat və videoçarx nümayiş olunub.
 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )