Lənkəran teatrında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəran teatrında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya hazırlayıb. Bu gün teatrın aktyorlarının təqdimatında həmin kompozisiya Milli Ordu əsgərlərinə təqdim olunub. Öncə Xocalı soyqırımı zamanı həyatını itirmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik yad edilib. Daha sonra həzin musiqi sədalarının müşayəti ilə Xocalı faciəsinin müsübətləri canlı faktlarla tamaşaçılara çatdırılıb.
Məlumat verilib ki, 1992-ci ilin fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı birləşmələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal olunub. Ermənilərin hücümundan əvvəl, fevralın 25-i axşam Xocalı şəhəri toplardan və ağır artılleriyadan şiddətli atəşə tutulub. Nəticədə fevralın 26-ı səhər saat 5.00 radələrində Xocalı tam alova qərq olunub. Mühasirəyə alınmış şəhərdə qalan təqribən 2500-dək Xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk etmiş 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub, 150 Xocalı sakini itkin düşüb, çox sayda insan ermənilər tərəfindən əsir götürülüb. Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə, habelə bir sıra digər ölkələrdə “Xocalı qətliamı”, “Xocalı soyqırımı” kimi hər il anılır.
Tamaşaçılar tərəfindən böyük maraqla izlənilən ədəbi-bədii kompozisiyada istifadə olunan şeirləri Azərbaycanın xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Miraslan Ağayev, Sayad Əliyev, aktrisalar Şəbnəm Hüseynova, Günel Abbaszadə və digərləri səsləndiriblər.
Qeyd edək ki, “Xocalı harayı” ədəbi-bədii kompozisiyanın ssenari müəllifi və rejissoru Xalq artsisti Qabil Quliyev, musiqi tərtibatçısı Fərahim Fərəcov, işıq üzrə rəssamı İlham Bayramovdur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !