İtaliya mətbuatında “Biz Xocalı soyqırımını unutmuruq” adlı məqalə dərc edilmişdir -

İtaliya mətbuatında “Biz Xocalı soyqırımını unutmuruq” adlı məqalə dərc edilmişdir

İtaliyanın “L’Opinione” qəzetinin internet portalında jurnalist Domeniko Letisiyanın müəllifi olduğu “Biz Xocalı soyqırımını unutmuruq” adlı məqaləsi dərc edilmişdir.

 

Məqalənin tərcüməsini diqqətinizə təqdim edirik:

 

“Fevral ayının 25-dən 26-na keçən gecə yeni müstəqillik əldə etmiş Azərbaycanın Xocalı şəhəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən ağır və dramatik səhnələrdən birinə çevrilmişdir. 1992-ci ilin fevral ayında Ermənistan ordusu keçmiş sovet ordusunun dəstəyi ilə şəhərə hücum etmişdir. Məqsəd şəhərdə qətliamın törrədilməsi, əhalini ərazidən didərgin salmaq və etnik təmizləmə siyasətini həyata keçirmək idi. Xocalı yerlə yeksan edilmişdir. Rəsmi rəqəmlərə əsasən qətliam zamanı 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş və 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirlimişdir. Bu faciə nəticəsində 487 nəfər əlil olmuş və 1275 nəfər, o cümlədən qadın və uşaq olmaqla fiziki işgəncəyə məruz qalmış və ciddi bədən xəsarətləri almışdır. Bundan əlavə, 150 nəfər itkin düşmüşdür. Şahidlər şəhər sakinlərinin diri yandırılması, baş kəsilməsi və digər dəhşətli zorakılıq hallarından danışırlar. Bu günlə son dərəcə səsləşən bir faciədir.


Bu xüsusda tarixi həqiqətləri qorumaq üçün, Dağlıq-Qarabağda o vaxtki qeyri-qanuni separatçı rejim olan “SDF Komitəsi”nin sədri olmuş, hal-hazırda Ermənistan Respublikasına rəhbərlik edən Serj Sarqısyan britaniyalı jurnalist Tomas De Vaalın “Qara Bağ”: Ermənistan və Azərbaycan sülh və müharibə arasında” adlı kitabında belə etiraf etmişdir: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, biz onlarla zarafat edirik. Onlar zənn edirdi ki, ermənilər əlini dinc əhaliyə qaldıra bilməyən bir xalqdır. Biz bu stereotipin öhdəsindən gələ bildik”. Erməni müəllif Markar Melkonyan qardaşı məşhur beynəlxalq terrorçu Monte Melkonyana (Xocalı soyqırımında şəxsən iştirak etmişdir) həsr etdiyi “Mənim qardaşımın keçdiyi yol: bir amerikanlının Ermənistana inanclı səyahəti” adlı kitabda ermənilərin Xocalı sakinlərini öldürməsini təfərrüatı ilə təsvir etmişdir. Belə ki, o qeyd etmişdir ki, Xocalı sakinlərinin bəziləri təxminən 10 kilometrlik bir məsafəni qət etdikdən sonra erməni əsgərləri tərəfindən əsir götürülmüş və bıçaqlanaraq öldürmüşdür. Ermənistanda ultra-millətçi rejimin ictimaiyyətdə Azərbaycana qarşı nifrət ideoloqiyasını təbliğ etməsinə baxmayaraq, bu ölkənin bəzi insan haqları müdafiəçiləri Xocalı soyqrımına görə açıq şəkildə Azrəbaycandan üzr istəmişdirlər. Onların arasında erməni insan haqları fəalları “Ermənistanda insan haqları üzrə Helsinki Komitesi”nin prezidenti Mikayıl Danielyan, erməni jurnalisti və yazıçısı Vahe Avetyan, filosof və yazıçı Aleksandr Varbedyan və erməni və Azərbaycan cəmiyyətlərinin barışmasına yönələn addımlardan əl çəkmədiyi üçün özü və ailəsinə qarşı ölümlə təhdid edildiyi üçün Almaniyaya miqrasiya etmək məcburiyyətində qalmış siyasi aktivist Qeorqiy Vanyan da var.


2016-cı ilin noyabr ayında Bakıda həm Ermənistan, həm də Azərbaycandan olan çoxsaylı fəal insan haqları müdafiəçilərinin iştirak etdiyi “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və vasitəçilik prosesləri. Ermənistan və Azərbaycanın məsələyə baxışları” adlı sülh konfransı baş tutmuşdur. Konfrans başlamazdan öncə Ermənistan təmsilçiləri 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı üçün üzr istəmiş və paytaxt Bakı şəhərində ucaldılmış soyqırıma həsr olunan xatirə abidəsini ziyarət etmişlər. Son zamanlar məşhur yazıçı Anna Paytyan Xocalı soyqırımını ictimai şəkildə qınayan erməni fəalları siyahısına daxil olmuşdur. O, Xocalıda baş verənlərin soyqırım olduğunu təsdiqləyərək, bu soyqırımın törədilməsində iştirak etmiş Ermənistan hakimiyyət orqanlarının nümayəndələrini, xüsusən də öz bəyanatlarında “biz ermənilərin körpələrə toxuna bilməz stereotipini qırdıq” deyən hazırkı prezident Serj Sarkisyanı qınamış və azərbaycanlıların öldürülməsini vətənpərvərlik və ermənilərə olan sevginin nümayişi kimi qələmə verən hər kəsi sərt tənqid etmişdir.


Xocalı hadisələri və Ermənistan tərəfindən törədilən cinayətlər həqiqətən bütün insanlara qarşı törədilmiş cinayət kimi hesab oluna bilər və bu cinayətlərə beynəlxalq ictimaiyyət tərəfindən lazımi siyasi və hüquqi qiymət verilməlidir. Sonuncunun baş verməsini gözləyərkən deyə bilərik ki, bir çox erməni artıq gözlərini açmağa, həqiqət və azadlıq tələb etməyə başlayır ki, bu, Qafqazda Qərb ölkələri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməyə və dəyərləndirilməyə layiq olan konkret sülh imkanıdır. Təəssüf ki, Ermənistanın hakimiyyət orqanları Xocalı soyqırımı üçün üzr istəyən və münaqişənin dərhal həllini tələb edən fəalların və ziyalıların çağırışlarına əməl etmək istəmirlər. Əksinə, bir çox fəal Ermənistan rejimi tərəfindən kəskin hücumlar və gördükləri işlər üçün ağır təzyiqlərə məruz qalır, bəziləri daimi olaraq ölkədən qaçmağa məcbur olmuşdur.”
Məqalənin orijinal mətni ilə bu linkdən tanış olmaq olar:

 

http://www.opinione.it/esteri/2017/02/24/letizia_esteri-24-02.aspx
 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )